AAF “Sürətin evolyusiyası” avtomobil sərgisini keçirəcək

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 17-də klassik avtomobillərin, mayın 18-də isə sürət avtomobillərinin sərgisini keçirəcək.
Avtosfer.az xəbər verir ki, “Sürətin evolyusiyası” adlı sərgi Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək təşkil olunacaq.
Mayın 17-də 1985-ci ilədək istehsal olunan klassik avtomobillər, mayın 18-də isə “Supercars”, eləcə də müxtəlif sürət avtomobilləri nümayiş etdiriləcək.
Bu kateqoriyalarda avtomobillərini nümayiş etdirmək istəyən şəxslər qeydiyyat üçün [email protected] ünvanı və ya (+994 50) 295 01 00 telefon nömrəsi ilə AAF-a müraciət edə bilər.
Sərgidə müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanış olmaq, nostalji dolu anlar yaşamaq, eləcə də klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını görmək mümkün olacaq.
AAF mayın 17-də keçiriləcək avtomobil sərgisi ilə klassik avtomobillərlə bağlı tədbirlər mövsümünü açmış olacaq. AAF-ın klassik avtomobillər üzrə tədbirlər mövsümü avqust ayında şəhərdə keçiriləcək yürüşlə başa çatacaq.
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO












