ABŞ-da avtomobil istehsalı gələn aydan bərpa oluna bilər

ABŞ-ın avtomobil istehsalçıları mayın 18-dən müəssisələrini işə salmaq istəyir.
Avtosfer.az-ın məlumatına görə “Report” bu barədə “WSJ” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, “General Motors”, “Ford Motors” və “Fiat Crysler Automobiles” kimi iri şirkətlərin rəhbərləri avtomobil sənayesinin həmkarlar ittifaqının rəhbərləri və Miçiqan ştatının qubernatoru ilə müvafiq danışıqlar apardıqdan sonra son günlər istehsal fəaliyyətinə başlamaq barədə müzakirələr aparır.
Yaxın 3 həftə ərzində yeni epidemioloji şərtlərə görə əmək təhlükəsizliyi qaydalarının razılaşdırılacağı gözlənilir. Belə ki, bütün işçilər fərdi qoruma vasitələri ilə təchiz ediləcək, iş yerlərində təmasa yol verməmək üçün lövhələr qurulacaq.
ABŞ-da yerli istehsalçılarla yanaşı, xarici istehsalçılar da aktiv fəaliyyətə keçməyi planlaşdırır. Amma onlarda istehsalın bərpası bir qədər tez olacaq. Belə ki, “Toyota Motor” ABŞ-dakı müəssisələrinin bəzilərini mayın 4-dən, “Honda Motor” isə mayın 11-dən işə salacaq.
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR











