"Alfa Romeo Stelvio" modelinin modifikasiya çeşidini artırıb - FOTO

Alfa Romeo şirkəti Stelvio krossoverinin modifikasiya çeşidini artırmağa davam edir. Bu dəfə italyan istehsalçısı Stelvio Veloce Ti modifikasiyasını nümayiş etdirib. Belə krossoverləri, diffuzoru olan fərqli arxa bamperi və Quadrifoglio xəttinin üslubunda tərtib edilmiş interyeri sayəsində asanlıqla tanımaq olar.
Ti və ya Turismo Internazionale qısaltması, italyan markası tərəfindən zəngin təchizat səviyyələrini işarələmək üçün istifadə olunur, Veloce (italyan dilindən tərcümədə - sürətli) isə avtomobilin temperamentinə işarə edir. Buna görə də, Alfa Romeo Stelvio Veloce Ti krossoveri, bu model üçün mövcud olan ən güclü mühərriklə təklif olunur. Kapotun altında 280 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən, habelə Euro 6d-final ekoloji standartlarına cavab verən 2,0-litrlik GME T4 MultiAir dördsilindrli turbomühərriki yerləşir. Mühərrik səkkiz pilləli avtomatik transmissiya və Q4 tam ötürməsi ilə bilrlikdə çalışır.
Alfa Romeo Stelvio Veloce Ti modeli adi versiyalardan diffuzoru olan yeni arxa bamperi, gövdə rəngində olan aerodinamik kuzov dəstinə və 21-düymlük təkər diskləri ("bazada" 20-düymlük) ilə fərqlənir. İnteryer tərtibatında "bərkgedən" Quadrifoglio seriyasının əks-sədaları diqqəti çəkir: salonda alüminiumdan hazırlanmış sükanaltı dəstəkləri, dəri və zamşa ilə üzlənmiş idman oturacaqlarını, qara tavanı və karbon liflindən hazırlanmış dekor elementlərini görmək olar. Tündləşdirilmiş şüşələr, qara moldinqlər və emblemlər standart avadanlığa daxildirlər.
Alfa Romeo şirkəti yeni Stelvio Veloce Ti modeli ilə birlikdə Alfa Connect Services firma servisləri dəstini təqdim edib. Bunların arasında - təcili yardım xidmətlərinə zəng etmək, Google və Amazon səs köməkçiləri vasitəsi ilə avtomobilin funksiyalarının məsafədən idarə olunması, bort sistemi ilə smartfon arasında marşrut mübadiləsi aparan naviqasiya sistemi, habelə, səkkiz cihazın eyni vaxtda bağlanmasını dəstəkləyən WiFi giriş nöqtəsi var.
İtaliyada Alfa Romeo Stelvio Veloce Ti modelinin qiyməti 72.200 avrodan başlayır. Xatırladaq ki, 510 at qüvvəli Stelvio Quadrifoglio modelinin qiyməti 96 min avrodur.





Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










