Almanların axtardığı azərbaycanlıdan yeni möhtəşəm avtomobil modeli - FOTO

Azərbaycanlı gənc Ramil Nəcəfov yeni dizaynda olan avtomobil eskizlərini hazırlayıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, 23 yaşlı R.Nəcəfov Türkiyənin Süleyman Dəmirəl universitetində dizayn üzrə təhsil alıb. Dizaynerin yaratdığı avtomobil modelinin markası Azerant adlanır.
Avtomobilin maksimal surəti saatda 300 kmh muhərriki isə 500 hp at gucune hesablanıb. Model 3d max proqramında yığılıb. Dizayner deyir ki, bu modelı sırf Azərbaycan üçün yaradıb. Bu modelin yaradılmasında əsas məqsəd gələcəkdə dünyada məşhur Formula 1 yarışlarında tanıtmaqdır. Ramil onu da əlavə edib ki, dunyanın heç bir ölkəsində bu markada model və dizayn yoxdur. O bu modelin sayəsində gələcəkdə Formula 1 yarışlarında Azərbaycanı tanıdacağını da əlavə edib. Modelin dizaynında Ramil Nəcəfov bayrağımızın rənglərindən istifadə etməklə bunun Azərbaycanın nəaliyyəti olmağına işarə verib.
Ramin Nəcəfov yaratdığı avtomobil modelinin eskizlərini gənclər və idman naziri Azad Rəhimova təqdim edib. Nəcəfovun dediyinə görə, onun layihəsi çox bəyənilib. Sentyabr ayında isə Ramil Nəcəfov Azad Rəhimovun qəbuluna yazılacaq. Ramil onu da əlavə edib ki, avtomobilin eskizləri tam hazırdır, vəsait ayrılarsa bu model istehsal oluna bilər.
Bir müddət bundan öncə isə Ramil Nəcəfov «BMW» üçün yeni avtomobil dizaynı hazırlayıb. Şirkət nümayəndələri gəncin eskizlərini diqqətlə araşdırmaq üçün ondakı faktları yenidən və daha ətraflı şəkildə göndərməsini istəyib: "Bizə dəstək olmağınız üçün çatışmayan məlumatları göndərməyinizi xahiş edirik. Siz mütamadi olaraq telefon vasitəsiylə də faktları bizə çatdıra bilərsiniz. Əgər bu sizin üçün də uyğundursa, gün ərzində rahatlıqla əlaqə saxlaya biləcəyimiz əlaqə nömrənizi qeyd edin".
"Volkswagen", "Audi", "Ford" kimi avtomobil şirkətlərinə də eskizlərini göndərən Ramilin işlərinə biganə qalmayıblar.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO















