Amerikan tüner Jeep Gladiator pikapını altıtəkərli monstra çevirib - FOTO

Amerikan So Flo Jeeps firması Jeep Gladiator pikapını altı 38-düymlük təkərləri və qırmızı "gözləri" olan qorxunc monstra çevirib. Pikapın boyandığı tutqun qara rəng və tamamilə yenidən işlənmiş ön hissə ona xüsusi brutallıq bəxş edir. Belə bir Gladiator pikapı Corvette modelindən götürülmüş güclü mühərriki ilə təchiz olunur və 140 min dollara satılır.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, layihə müəlliflərinin fikrincə, Gladiator-monstr uzadılmış rama üzərində inşa edilib, 6x6 təkər formuluna malikdir, onun klirensi 120 millimetr artırılmış, asqısının gedişi isə 355 millimetr təşkil edir. Avtomobilin ön və arxa asqısı dəyişməz qalıb, sükan mexanizmi isə yenidən təmizlənib. Pikap iki modifikasiyada təklif olunur: Corvette modelindən götürülmüş 500 at qüvvəli 6,2-litrlik benzin mühərriki ilə təchiz edilmiş və ya 300 at qüvvəli dizel mühərriki ilə hərəkətə gələn. Qiymətlər müvafiq olaraq 140 və 150 min dollardan başlayır.
Əlavə avadanlıqların arasında ön bamperə inteqrasiya olunmuş bucurqad, kuzov rəngində olan və yük platformasında quraşdırılmış güc karkası və aşağıya enən ayaqaltılar vardır. Tüner avtomobilin ön hissəsinin tərtibatına xüsusi diqqət yetiriblər - pikap, monstrun gözlərinin xatırladan qırmızı rəngli fənərlərə, hava girişləri olan yeni kapota və torşəkilli radiator barmaqlığına sahib olub.

“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər












