Aston Martin kolleksiya modeli buraxacaq - FOTO

Aston Martin yeni kolleksiya modelinin buraxacağını təsdiqləyib. Aston Martin V12 Speedster adlandırılacaq model Ferrari Monza “əkizlərinin” və McLaren Elva barkettasının birbaşa rəqibi olacaqdır. Kolleksiya modeli 88 nüsxəlik tirajla buraxılacaqdır.

Aston Martin V12 Speedster
Britaniya markası keçən il peyda olmuş şayiələri təsdiqləyərək, yeni spidster barədə bəzi təfərrüatları açıqlayıb. Yeni avtomobilin üzərində iki bölmə çalışıb: Q byAston Martin studiyası və Aston Martin Design dizayn mərkəzi. Superkarın yaradılması və kiçik həcmli istehsala hazırlanması bir ildən çox vaxt tələb edib. Yeni spidster "avtomobil həvəskarlarına" və kolleksiyaçılara ünvanlanıb. Yeni modelin yaradılması zamanı dizaynerlər iki Aston Martin modelindən ilham alıblar.

Aston Martin DBR1
Aston Martin V12 Speedster modeli 1959-cu ilin “Le Manın 24 saatı” və “Nurburqrinqin 1000 kilometri” marafonlarının qalibi olmuş tarixi DBR1 yarış avtomobiinin, həmçinin 2013-cü ildə debüt edən CC100 yubiley spidsterinin cizgilərini özündə cəmləşdirib. Sonuncu model markanın 100 illik yubileyi şərəfinə iki nüsxədə buraxılıb və hazırda hər iki avtomobil özəl kolleksiyalarda saxlanılır.

Aston Martin CC100
Aston Martin V12 Speedster barkettası iki turbokompressorlu 5.2-litrlik V12 mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatının hasilatı 700 at qüvvəsi və 700 Nm fırlanma anıdır. Bu aqreqat, Aston Martin DB11 AMR və məhdud saylı Aston Martin DBS GT Zagato modellərində quraşdırılır. Qutu – transaxle üsulu ilə quraşdırılmış (arxa oxa köçürülmüş) 8-pilləli ZF “avtomat”-dır . (Autograph)
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR











