Audi MIB 3 multimedia kompleksi barədə məlumat verib

Audi şirkətinin Şimali Amerikadakı bölməsi bu ilin payızına qədər əksər modellərdə quraşırılacaq yeni MIB 3 (Modular Infotainment Toolkit) multimedia kompleksi haqqında məlumat verib. Beləliklə, 2021-ci ildə buraxılan hər bir avtomobil Amazon Alexa səs köməkçisinə, myAudi tətbiqinə və tətbiqlər bazasına girişə, hibrid radioya və pullu yollar üçün ödəniş edən quraşdırılmış transponderə malik olacaqdır.

MIB 3 multimedia kompleksi yeni aparat platformasını əldə edib və indi Linux bazalı əməliyyat sistemi ilə çalışır. Yeni kompleks MIB 2 sistemindən 10 qat daha sürətlidür, bu da istehsalçıya mövcud olan funksiyalar siyahısını genişləndirməyə imkan verib. Onların arasında SiriusXM 360L peyk/internet radiosu və yayım siqnalının pisləşdiyi zaman onlayn axın rejiminə keçən hibrid rəqəmsal FM qəbuledicisi vardır. MIB 3 sistemi Amazon Alexa səs köməkçisinə, tətbiqlər bazasına və myAudi xidmətlərinə girişi təmin edir və avtomobil satın aldıqdan sonra naviqasiyanı quraşdırmağa imkan verir.

Ayrıca, multimedia sistemi 2.4 və 5.0 HHrz diapazonunda işləyən və eyni vaxtda səkkiz cihazın birləşdirilməsini dəstəkləyən WiFi giriş nöqtəsi, LTE Advanced Pro modemi, həmçinin ABŞ və Kanadada ödənişli avtomobil yolları üçün nəzərdə tutulan quraşdırılmış transporder ilə də təchiz olunur.
İlk dəfə Integrated Toll Module (ITM) cihazı Audi e-tron və Q7 modellərində tətbiq edilib və indi 2021 model ilin Audi Q5, Q8, A4, A5, A6, A7 və A8 modellərində də quraşdırılacaqdır. Gentex şirkəti ilə birlikdə hazırlanan transponder, salon güzgüsünə quraşdırılıb və onu əsas displey vasitəsilə idarə etmək olar.
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










