"Audi" RS ailəsinin ilk elektrokarı haqqında məlumat verib

Audi şirkəti "bərkgedən" RS e-Tron GT sedanına olan marağı artırmağa davam edir. Bu dəfə, alman istehsalçısı modelin ona hər tərəfdən baxmağa imkan verən şəkillərini dərc edib. Bununla yanaşı, istehsalçı bəzi texniki detalları da açıqlayıb.
Audi RS e-Tron GT modelinin yayımlanan şəkillərində elektrokarın naxışlı örtüklə üzlənməsinə baxmayaraq, sedanın Porsche Taycan ilə vizual oxşarlığını qeyd etmək gərəkdir. Şayiələrə görə, RS seriyasının ilk elektromobilini Züffenhauzendən olan elektrik sedanı ilə məhz PPE modul platforması birləşdirir.
RS e-Tron GT modeli iki elektrik mühərriki və 93,4 kilovat-saatlıq batareyadan ibarət olan güc qurğusunu alacaqdır. Güc qurğusunun ümumi hasilatı 684 at qüvvəsi və 830 Nm olacaqdır. Tamötürməli elektrokar 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Dolu batareya ilə elektromobil təxminən 400 kilometr məsafə qət edəcəkdir. Bundan əlavə, RS e-tron GT modeli klirensə təsir göstərə biləcək bir neçə rejimi olan üçkameralı pnevmodayaqlar və karbon-keramika əyləc diskləri ilə təchiz ediləcəkdir.
Modelin yüksək məhsuldarlığının öhdəsindən gəlmək üçün, onu mürəkkəb temperatura nəzarət texnologiyası ilə təchiz edəcəklər. İkikonturlu soyutma sistemi, batareyanın istiliyinə nəzarət etməyə, həmçinin elektrik mühərriklərinə və güc elektronikasına xidmət göstərməyə imkan verəcəkdir. Eyni zamanda, bu sistem naviqasiya ilə birlikdə işləyəcək və elektrik yükləmə stansiyasına çatmazdan 30 dəqiqə əvvəl batareyanın temperaturunu optimal şəkildə tənzimləməyə imkan verəcəkdir.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












