Avropa İttifaqı ölkələrində avtomobil satışları artıb

Bu ilin noyabr ayında Avropa İttifaqında (Aİ) avtomobil satışları üçüncü ay ardıcıl olaraq artıb.
"APA-Economics"in Avropa Avtomobil İstehsalçıları Birliyinə (ACEA) istinadən verdiyi məlumata görə, ötən ay qeydiyyata alınmış yeni avtomobillərin sayı illik müqayisədə 4,9% artaraq 1 175 959 çatıb.
Qeyd edilir ki, bir il əvvəl, 1 sentyabr 2018-ci il tarixindən etibarən yanacaq sərfiyyatını təyin etmək üçün yeni sərt standartların tətbiqi satışların 8% azalmasına səbəb olmuşdu.
Satışların 1,3% azaldığı Böyük Britaniya istisna olmaqla, Avropanın bütün əsas avtomobil bazarlarında ötən ay artım qeydə alınıb. Belə ki, Almaniyada avtomobil satışları noyabr ayında 9,7%, İspaniyada 2,3%, İtaliyada 2,2%, Fransada isə 0,7% artıb.
Bu ilin yanvar-noyabr ayları ərzində satış dinamikasına gəldikdə isə, Aİ-də avtomobil satışları bu ilin əvvəlindən 0,3% azalıb. Bu vaxt kəsiyində ən yüksək azalma İspaniyada (-5,7%) və Böyük Britaniyada (-2,7%) qeydə alınıb. Almaniya 2019-cu ilin əvvəlindən bəri artımın qeydə alındığı yeganə əsas bazar olaraq qalır (3,9%).
Avtomobil istehsalçıları arasında noyabr ayında Aİ-də ən böyük satış artımı Yaponiyanın "Mazda" (28,3%) və Almaniyanın "Volkswagen Group" (13,4%) şirkətlərində müşahidə edilib.
Noyabrda satışlarda azalma "Renault Group" (-4,3%) və "Jaguar Land Rover" (-15%) avtomobil istehsalçılarında qeydə alınıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












