Avropada avtomobil istehsalı müvəqqəti dayandırılır

Fransanın aparıcı avtomobil istehsalçısı “PSA Group” koronavirus infeksiyasının yayılmasını nəzərə alaraq, martın 27-nə qədər Avropadakı müəssisələrini bağlayır.
Avtosfer.az-ın məlumatına görə "Report" xarici mətbuata istinadən xəbər verir ki, söhbət “Pegeot”, “Citroen”, DS brendlərinin Fransa, İspaniya, Portuqaliya və Slovakiyada, “Opel” brendinin Almaniya və Polşada, “Vauxhall” brendinin isə Böyük Britaniyada istehsalının müvəqqəti dayandırılmasından gedir.
Bu addım həm də bazarda tələbatın kəskin azalması və hissə tədarükündəki çətinliklərlə də bağlıdır.
Bundan əvvəl İtaliyadakı “Fiat Chrysler Automobiles” (FCA) də bənzər amilləri əsas tutaraq martın 27-nə qədər “Fiat” və “Maserati” brendlərinin İtaliya, Serbiya və Polşada istehsalını dayandırdığını elan etmişdi.
Bununla yanaşı, Fransadakı “Renault” da ötən gün axşamdan ölkədəki 12 müəssisəsini bağladığını açıqlayıb. Bu tədbir 18 min əməkdaşı əhatə edib. Başqa ölkələrdəki müəssisələrin isə fəaliyyətinin yerlərdəki vəziyyətdən asılı olacağı bildirilib. Həmçinin hissə tədarükündəki çətinliklər üzündən ötən gün İspaniyada iki müəssisənin da bağlanıldığı bildirilmişdi.
Qeyd edək ki, “Renault" Avropada “Volkswagen Group” və PSA Group”dan sonra 3-cü ən böyük avtomobil istehsalçısıdır. Fransa prezidenti Emanuel Makronun bu günlərdə komendant saatı da daxil olmaq şərtilə yeni məhdudlaşdırıcı tədbirləri açıqlayacağı gözlənilir.
Avropanın “Ferrari”, “Lamborghini”, “Seat” kimi iri avtomobil istehsalçıları da müəssisələrinin hamısını və yaxud bəzilərini bağlayacaqlarını açıqlayıblar. “Volkswagen” isə Slovakiyadakı müəssisələrini bağlamağa başlayıb. Dünən paytaxt Bratislavada yerləşən ən böyük müəssisə bağlanıb. Burada təxminən 20 min işçi çalışır.
Həmçinin İspaniyada “Ford”, “Volkswagen”, “Nissan” və “Renault”a məxsus müəssisələr hissə tədarükündəki çətinliklər üzündən bir neçə günlük fəaliyyətini dayandırıb.
Gültən
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












