Avropada elektrik avtomobilləri üçün doldurma şəbəkəsi qurulacaq

“Fiat Crysler”in (FCA) İtaliya bölməsi və Fransanın “Engie” komunal şirkətinin mikronaqillərdə enerji saxlama sistemləri sahəsində ixtisaslaşan “Engie EPS” şirkəti elektrik avtomobilləri üçün doldurma infrastrukturu qurmaq niyyətindədir.
Avtosfer.az “Reuters”ə istinadən xəbər verir ki, tərəflər arasında imzalanan anlaşma memorandumu bu məqsədlə gələn ilin birinci rübündə birgə müəssisə yaratmağı nəzərdə tutur.
FCA-nın Avropa, Afrika, Yaxın Şərq regionu üzrə baş əməliyyat direktoru Pietro Qorlie bildirib ki, Avropada 2025-ci ildə sırf elektrik (EV) və hibrid (PHEV) avtomobilinin satış həcmi 15 milyona yaxın, yəni ümumi satışların 25 faizi həcmində gözlənilir. “Engie EPS”in baş direktoru Karl Alberto Qulielminotti isə həmin vaxt istehlakçıların sözügedən avtomobilləri doldurmaq üçün azı 5,5 milyard avro vəsait xərcləyəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, bu il “Fiat 500” elektromobili, habelə “Fiat”, “Jeep”, “Maseratti” brendləri altında bir neçə hibrid model çıxarmış FCA 2018-2022-ci illər üçün işgüzar planına görə 30 EV və PHEV modeli buraxmaq üçün 9 milyard avro sərmayə yatırmalıdır.
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir












