"Avropada ilin avtomobili" mükafatına namizədlər açıqlandı
Hər il keçirilən "Avropada ilin avtomobili" mükafatına namizədlər bəlli olub. Gələn il martın 1-də açıqlanacaq nominasiyaya 29 model namizəd olub.
TED.az xəbər verir ki, 1964-cü ildən keçirilən "Avropada ilin avtomobili" mükafatına namizədlər 2020-ci ilin son rübündə buraxılmış avtomobillərdir.
Bunlar ikimərhələli münsif qiymətləndirməsindən keçiriləcəklər. İlk turda finala çıxmaq üçün 29 nəqliyyat vasitəsi bir-biri ilə yarışacaq. İkinci mərhələdə isə seçimlərdən uğurla keçən 7 model növbəti mərhələyə vəsiqə qazanacaq. Birinci turun cavabları 8 yanvar, yekun nəticələr isə 1 martda açıqlanacaq.
"2021 Avropa ilin avtomobili" nominantları arasında Mercedes-Benz ən diqqət çəkən markalardan olub. Almaniya avtomobil istehsalçısının 4 modeli namizədlər siyahısında yer alıb. Hyundai yarışa 3 fərqli model ilə qatılıb. BMW, Honda, Toyota, Ford və Volkswagen kimi markalar 2 fərqli model ilə siyahıda yer almağı bacarıblar.
Mükafata namizəd olan avtomobillərin siyahısını təqdim edirik:
-Audi A3;
-F44 BMW 2 Series Gran Coupe;
-G22 BMW 4 Series;
-Citroen C4;
-Cupra Formentor;
-Dacia Sandero;
-Fiat 500;
-Ford Explorer;
-Ford Kuga;
-Honda e;
-Honda Jazz;
-Hyundai i10;
-Hyundai i20;
-Hyundai Tucson;
-Kia Sorento;
-Land Rover Defender;
-Mazda MX-30;
-Mercedes-Benz GLA;
-Mercedes-Benz GLB;
-Mercedes-Benz GLS;
-Mercedes-Benz S-Class;
-Peugeot 2008;
-Polestar 2;
-Seat Leon;
-Skoda Octavia;
-Toyota Mirai;
-Toyota Yaris;
-Volkswagen Golf;
-Volkswagen ID.3.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












