Avropanın avtomobil bazarında azalma gözlənilir

Bu il Avropada yeni avtomobillərin satışı son 7 ildə ilk dəfə 2% azalacaq.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu proqnozla Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA – Association des Constracteurs Europeens d’Automobiles) ekspertləri çıxış edib.
Onların fikrincə, azalmaya səbəb Avropa İttifaqında zərərli tullantılara dair tələblərin sərtləşdirilməsi, ekoloji təmiz nəqliyyatın daha geniş tətbiqidir.
Xatırladaq ki, ötən il qitənin avtomobil bazarında satış 1,2%, təkcə dekabrda isə 21,7% artıb, il ərzində 15,3 milyon avtomobil satılıb.
“Sənayemizin ekoloji avtomobillərə sərmayələrini getdikcə artırdığı bir vaxtda bütövlükdə avtomobil bazarı nəinki Avropa İttifaqında, bütün dünyada azalmalıdır”, - deyə ACEA prezidenti, “Fiat Chrysler Automobiles”in baş direktoru Maykl Manli fikrini bildirib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












