Avropanın avtomobil sənayesi son 75 ilin antirekordunu təzələyə bilər

Yayılan koronavirus və bağlanan sərhədlər fonunda Avropanın əsas avtomobil istehsalçısı ölkələrində avtomobil istehsalı kəskin azalıb.
Avtosfer.az xəbər verir ki, "APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransada avtomobil istehsalı təkcə mart ayında 72% azalıb. Ötən ay ölkənin nəhəng avtomobil istehsalçıları olan "Renault"da istehsal 71,6%, PSA-da ("Peugeot Citroen" brendləri) isə 73,4% düşüb. Avropanın əsas avtomobil istehsalçısı və ixracatçısı olan Almaniyanın avtomobil zavodlarının 40%-i hazırda epidemiyaya görə bağlıdır. İşləyən müəssisələrin isə 570 minə yaxın işçisi tam olmayan iş qrafikinə uyğun çalışır və bu da istehsala mənfi təsir göstərir.
Digər ölkələrə gəldikdə isə İspaniyada bu sahədə azalma 69% olub.
Qeyd edək ki, ekspertlərin proqnozlarına görə, əgər vəziyyət belə davam edərsə, Avropa avtomobil sənayesi 1945-ci ildən bəri ən aşağı istehsal rəqəmləri ilə üzləşə bilər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












