Reklam

Avtomobil dünyasında güzəştsiz dəbdəbə - FOTO

Avtodünya 11 Sentyabr 2015 21:47 Oxunub 2128
Avtomobil dünyasında güzəştsiz dəbdəbə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Rolls-Royce dawn" kabrioleti

“Rolls-Royce Motor Cars” şirkəti tarixində ilk dəfə olaraq yeni modelin təqdimatını onlayn rejimdə keçirib. Şirkət Qudvuddan canlı yayımda yeni “Rolls-Royce Dawn” kabrioletini nümayiş etdirib.

“Yeni “Rolls-Royce Dawn” cazibədarlığın unikal təcəssümü və ultra-lüks sinfinə aid olan kabriolet tarixində yeni bir dövrün başlanğıcıdır. Güzəştsiz və bənzərsiz “Dawn” kabrioletinin idarə edərkən bu model yeni və təkraredilməz hisslər bəxş edir. Bütün möhtəşəm üstü açıq avtomobillərin arasında “Dawn” ən zərifidir. O, sanki dünyanın hər bir nöqtəsində ən vacib tədbirlərində iştirak edənlərin və günəşin şüaların altında və diqqətin mərkəzində olmağı sevənlər üçün yaradılıb”, - deyə “Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller-Otvos bildirib.

Lüks avtomobillərin dünyasında lider olaraq yeni “Rolls-Royce Dawn” modeli “Silver Dawn”ın tarixini davam etdirir. Dəbdəbəli avtomobillər arasında individual, alicənab və səmimi, müasir dövrün təmtəraqlı dördyerli kabrioleti məhz bu cür olmalıdır. 1952-ci ilin “Silver Dawn” modeli kimi yeni “Rolls-Royce Dawn” öz adlı-sanlı “yoldaşlarından” xeyli fərqlənir – avtomobil gövdəsinin daxilində olan panellərin 80%-i tam unikaldır.

“Rolls-Royce” şirkətinin əməkdaşları, sənətkarlar və Qudvudda çalışan işçilər sayəsində yeni “şəfəq” avtomobili öz adını tam olaraq doğruldur. “Rolls-Royce”un hər avtomobilindən gözlənilən incə uçuş hissi təmin etmək üçün “Rolls-Royce Dawn”ın şinləri xüsusi tərzdə tədqiq edilib.

Mühəndislərin və dizaynerlərin xüsusi diqqəti “Dawn”nın gövdəsinin üst hissəsinə yönəldilib. Əldə olunan səs izolyasiyasının müasir avtomobil sənayesində analoqu yoxdur – “Rolls-Royce Dawn”ın üstü açıq salonunda “Wraith”in salonundakı kimi tam səssizlikdir. Bununla belə, qatlanan üstlüyün mexanizmi səssizdi və 55 km/saat sürətilə hərəkət edir. Qatlanan damın açılması və bağlanması cəmi 20 saniyəyə baş verir.

Yeni “Rolls-Royce Dawn” avtomobilini tam əminliklə tarixin ən səssiz kabrioleti adlandırmaq olar.

“Adi riyaziyyat “Rolls-Royce” dünyasında həmişə doğru olmur. Biz “Rolls-Royce”dan danışırıqsa, o zaman 2+2 heç də həmişə dördə bərabər deyil”, - deyə “Rolls-Royce Motor Cars”ın dizayn üzrə direktoru Cayls Teylor qeyd edib.

Qeyri-adi təsiri yaratmaq və etirazsız cazibəni yaratmaq üçün “Rolls-Royce Dawn” modeli sıfırdan yaradılıb. Sərbəstlik və rahatlığın yeni mərhələsinin daxildə gizlədilmiş enerjisi ilə uyğunluğu və rahatlıq cəhətdən heç bir güzəştə yol verilməməlidir. “Rolls-Royce Dawn” özündə daha geniş, gənc və fəal auditoriyanı cəlb edəcək xüsusiyyətlərini əks etdirir.

Yayılmış fikri təkzib etmək üçün qeyd edək ki, yeni “Rolls-Royce Dawn” avtomobili “Wraith”in əsasında icra olunmuş kabriolet deyil. “Dawn”nın kuzov panellərinin 80%-i yeni quruluşa malikdir və bunun nəticəsində “Rolls-Royce” dizaynın təkamülünü nümayiş etdirir. Bu avtomobil modeli müasir lüks dördyerli kabrioletin quruluşuna xas olan bütün parametrlərinə cavab verir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh