Avtomobil sürməyi öyrənməyə gələn şagird Formula 1 sürücüsü çıxdı - VİDEO

Dünya şöhrətli rusiyalı sürücü Danil Kvyat Moskvada yaşlı həmyerlisinin əsəblərini sınaqdan keçirib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, təlim məktəblərindən birinə gələn Danil əvvəl hər kəsi özünün şagird olduğuna inandıra bilib. Bir neçə dərsdən sonra təlimçi ilə birgə köhnə Lada markalı avtomobilin sükanı arxasına keçən peşəkar sürücü, ayağını sürət pedalından çəkməyib. Şagirdinin sürətlə maneverlər etdiyini görən təlimçi nə baş verdiyini anlamaqda çətinlik çəkib. Çox qorxduğu sifətindən görünən yaşlı adam özünü soyuqqanlı aparmağa çalışaraq, “şagirdini” sakitləşdirməyə çalışıb. Təlimçi Danilə maşını kənarda saxlamağı məsləhət görməyinə də peşman olub. Maşını yerində fırladan çılğın sürücü, avtomobillə dairələr cızmağa davam edib. Təkcə sürət qadağasını pozsa da bütün tapşırığın öhdəsindən uğurla, həm də hamıdan tez gələn Danil yeni sürücülük vəsiqəsi almağa da müvəffəq olub. Onun kim olduğunu isə təlimçi daha sonra xəbər saytlarından öyrənib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












