Avtomobildə ehtiraslı fotoları ilə gündəmə gəldi - FOTOSESSİYA

Aktrisa Pərvin Abıyeva yeni avtomobil alıb. Avtosfer.az-ın məlumatına görə, o, “Porsche” markalı maşını ilə axşam.az fotokamerası qarşısına keçib. Aktrisa açıqlamasında sürücülük qabiliyyətindən bəhs edib: “Bu, mənim ikinci avtomobilimdir. 15 yaşından avtomobil idarə etməyi bacarıram. Bu günə kimi sürmədiyim maşın qalmayıb. Özü də, ilk olaraq mexanikadan başlamışam. Ona görə də, özümü professional sürücü adlandırıram. Hər bir çətin məqamdan çıxmağı bacarıram. Bundan əvvəl sürdüyüm maşın “Hyundai SantaFe” olub. Onu yolları rahat öyrənmək üçün almışdım. Əvvəldən dəyərli maşınlara həvəsim olub. Mən özümü sükan arxasında qadın kimi yox, kişi kimi görürəm. “Avtoşluq” etməyi də bacarıram. Sürətpərəstəm. Ona görə də, evdəkilər böyük motorlu maşın almağa icazə vermirlər. Hazırkı avtomobilimdə motor 3,6-dır, bunu dava-qırğın ilə almışam. Mən evə gedib çatana kimi anam əlləri göydə Allaha dua edir ki, “Qız evə sağ-salamat gəlib çıxsın”. Yeni maşınımı Almaniyadan gətirtmişəm. Kreditlə alınmayıb. Böyük bir hissəsini nağd ödəmişəm. Qalan borcumu isə tezliklə qurtaracam. Bahalı maşın sürəndə insanlar başqa cür düşünürlər. Deyirlər, daydayısı, sevgilisi var. Adamları qınamıram, çünki şou-biznesdə çoxları kiminsə hesabına yaşayır. İlk növbədə mənim atam, anam var. Pulun içində böyümüşəm. Düzdür, bizim də imkansız vaxtlarımız olub. İkincisi isə özüm gecə-gündüz çalışıram. Deyirlər, aktrisa nə maaş alır? Mən teatrda çalışmıram ki, 100-150 manat qazanım. Bu gün aktisalar arasında ən bahalısıyam. İstədiyim qonorarı almayana qədər filmdə çəkilmirəm. Aktrisalıq əxlaqsızlıq deyil. Bu sənəti sevirəm, ona görə də çalışıram".
P.Abıyeva yol hərəkəti qaydalarına riayət etdiyini deyib: “Yol polislərinin hörmətini saxlayıram. Təhlükəsizlik kəməri taxa bilmirəm, ürəyim sıxılır, təngnəfəs oluram. Qapalı yerdə qala bilmirəm. Kəmər taxmaq da mənim üçün qapalı yerdə qalmağa bərabərdir. O qədər cərimə ödəmişəm ki... Sonuncu cəriməm 80 manat idi. Sürücülük vəsiqəmə 3 bal yazılmışdı. Bu günə kimi 13 bal almışam”.
Aktrisa xəyalındakı avtomobilin “Range Rover” olduğunu bildirib: “Xəyalımda olan maşın “Porsche” deyildi. Bunun rəngini sevirəm. Bir şeydən tez bezirəm. Bilirəm ki, bu avtomobili də iki ildən artıq sürə bilməyəcəm”.
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10
Cəmi 3 ədəd istehsal edilmiş “Mercedes”lərdən biri satışa çıxarılır - FOTOLAR




















