Avtomobildə yanacaq sərfiyyatını necə azaldaq? - İdeal QAYDALAR

Avtodünya 19 İyun 2020 11:43 Oxunub 5384
Avtomobildə yanacaq sərfiyyatını necə azaldaq? - İdeal QAYDALAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücüləri ən çox düşündürən suallardan biri də yanacaq sərfiyyatına qənaət etməkdir. Hətta bir avtomobilə baxan zaman ilk verilən suallardan biri "100-ə nə qədər yandırır" sualıdır. Bir çoxları daha qənaətli avtomobil almağa, bəziləri isə hibrit və ya elektromobillərə üstünlük verir. Statistika göstərir ki, daha çox taksi üçün istifadə olunan avtomobillər qənaətli seçilir. Amma müxtəlif vasitələrdən istifadə etməklə yanacağın sərfiyyatını aşağı salmaq olar.

Bu barədə sürücülərə tövsiyələri təqdim edirik

Avtomobili ideal vəziyyətə gətirin...

Avtomobildə yanacaq sərfiyyatını necə azaldaq?

Təbii ki, nasaz avtomobil yanacağı daha çox istifadə edəcək. Xüsusilə də sistemdə nasazlıq olduqda mühərrik düzgün çalışmır. Nəticədə də əlavə güc tələb edir. Bu isə yanacaq sərfiyyatının artmasına səbəb olur. Bəzən sürücülər bahadır deyə, hər hansı detalı dəyişmir. "Bunsuz da avtomobil işləyir" düşüncəsi ilə hərəkət edirlər. Amma digər tərəfdən artıq yanacaq istifadəsi daha baha başa gəlir.

Yoxuş düşərkən bunu edin...

Avtomobildə yanacaq sərfiyyatını necə azaldaq?

Əksər sürücülərin bildiyi və ənənəvi bir metod var. Yoxuş düşən zaman sürətlər qutusunu neytral vəziyyətə gətirmək yanacağa qənaət edir. Çünki həmin vaxt avtomobil ətalət qüvvəsi ilə hərəkət edir. Nəticədə yanacaq cüzi sərf olunur. Amma avtomat sürətlər qutusu olan bir çox maşınlarda bunu etmək təhlükəli ola bilər.

Qaz və əyləcdən düzgün istifadə edin...

 

Avtomobildə yanacaq sərfiyyatını necə azaldaq?

Ani olaraq qaz verərək sürətlənmə və eyni qaydada əyləci basma, yanacaq sərfiyyatını artırır. Odur ki, bu addımdan maksimum qaçmaq lazımdır.

Yanacaq seçimində diqqətli olun...

 

Avtomobildə yanacaq sərfiyyatını necə azaldaq?

Avtomobilə nə qədər keyfiyyətli yanacaq tökülürsə, o qədər də sərfiyyat aşağı düşəcək. Təbii ki, burada maddi durum da önəm kəsb edir. Amma ümumilikdə nəticə çox vaxt eyni olur.

Tıxaca düşməyin...

 

Avtomobildə yanacaq sərfiyyatını necə azaldaq?

Ən çox yanacaq istifadəsi tıxac zamanı baş verir. Çünki mühərrik bu zaman ikiqat çox işləyir. Odur ki, çalışıb alternativ yollardan istifadə etmək lazımdır.

Avtomobili artıq yükləməyin...

 

Avtomobildə yanacaq sərfiyyatını necə azaldaq?

Ağır yük avtomobilin daha çox yanacaq sərf etməsinə səbəb olur. Nəzərə alın ki, hər 50 kq artıq çəki 2 faiz daha çox yanacaq işlədir. Odur ki, avtomobili maksimum az yükləyin.

Filtr və şamları vaxtında dəyişin...

 

Avtomobildə yanacaq sərfiyyatını necə azaldaq?

Köhnə və ya çirklənmiş şam və filtr artıq sərfiyyat deməkdir. Bəzən sürücülər buna o qədər də əhəmiyyət vermir. Unutmayın ki, çəkəcəyiniz cüzi xərc sizi daha böyük xərclərdən azad edə bilər.

Avtomobilin üstünə baqaj qoyun...

Maraqlı da olsa baqaj qoyulan zaman ağırlıq mərkəzi bərabər paylanır. Bu isə yanacağa qənaətdir.

Təkərlərin havasını düzgün seçin...

 

Avtomobildə yanacaq sərfiyyatını necə azaldaq?

Avtomobil təkərlərinin havasının düzgün seçilməsi əhəmiyyətlidir. Təsadüfi deyil ki, bu haqda məlumat yanacaq çəninin qapağında qeyd olunur. Yəni, birbaşa yanacağa təsir edən amillərdən biri də təkərin havasıdır.

Eyni vaxtda elektron avadanlıqları işlətməyin...

Həm işıqlar, həm maqnitafon və digər enerjiyə ehtiyacı olan hissələri eyni vaxtda işlətməyin. Çünki bu dinamonun daha çox gücə düşməsinə səbəb olur. Nəticədə artıq yanacaq istifadə olunur.

(MediaPost)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh