Bu vasitələrdən istifadə etmək sizi və avtomobilinizi qoruyacaq
Bakıda qış sərt keçməsə də, qar günlərlə yağmasa da, bunları bilməkdə, tətbiq etməkdə fayda var. Ən azı ona görə ki, bir gün qar yağan kimi yolda qalmayaq. Bu material dağlıq və dağətəyi rayonlarda yaşayanların, eləcə də belə yerlərə gedənlərin xüsusilə işinə yarayacaq.
Beləliklə, Avtosfer.az avtomobilinizi qışa hazırlamaq üçün məsləhətlərini verir:
1. Təkər üçün çexol
Qar topalarını rahatlıqla əzir, yoxuşu qalxmağa kömək edir
2. Alın şüşəsi üçün çexol
Alın şüşəsini və güzgüləri qardan, buz bağlamasından qoruyur, dəqiqələrlə soyuq maşında oturub gözləməyə ehtiyac qalmır
3. Portativ peç
Şüşəni dumandan və buzdan açır
4. Sükan üçün xəz çexol
Buz kimi əllərinizi isidəcək, həmçinin buz bağlamış sükandan tutmalı olmayacaqsınız
5. Başında “mala” olan təkbarmaq əlcək
Bu aksessuar avtomobilinizi qardan, buzdan təmizləyərkən çox köməyinizə gələcək
6. Qızdırıcılı parç
İçkini uzun müddət isti saxlayır
7. Şinlər üçün müdafiəedici sprey
Şinlərin yeri “cırmaqlama” qabiliyyətini artırır, təkərlərə yad cisimlərin (buz, palçıq) yapışmasını əngəlləyir