Avtomobilin mühərrikini necə yumaq lazımdır? - QAYDALAR

Ondan başlayaq ki, kapotun altında su şırnağının və rütubətin aqressiv təsirindən qorxan bir çox "həssas" yerlər var. Bunlar elektrik avadanlıqlarının, naqillərin, kontaktların və çıxıntıların, zavod yarlıklarının, kapotun izolyasiyasının olduğu yerlər və bir çox başqa yerlərdir. Buna görə də kuzovdan fərqli olaraq mühərriki yüksək təzyiq aparatı ilə yumaq tövsiyə olunmur.
Yumanın düzgün texnologiyası belə ola bilər:
rütubətdən qorxan detalları: akkumulyatoru, generatoru, mühərrikin idarəetmə blokunu, qoruyucular blokunu, bölüşdürücünü, naqilləri, elektrik çıxıntılarını sellofan və skotç ilə sarımaq;
yuma məqsədi ilə motor bölməsinin bütün məkanına kimyəvi vasitə çəkmək və lazımi müddət ərzində gözləmək;
köpüyü yüngülvarı su şırnağı ilə yumaq (bunu yuyucu aparatla da etmək olar, amma təzyiq minimal olmalıdır);
əgər haradasa çirk qalıbsa, mühərrikin ayrı-ayrı hissələri üçün bu proseduru təkrarlamaq;
sellofanlı çıxarmaq, mühərriki, xüsusən də içəridəki boşluqları, habelə elektrik avadanlıqlarını sıxılmış hava ilə qurutmaq;
mühərriki işə salmaq və onun dayanıqlı işlədiyinə əmin olmaq.
Sonda daha bir neçə məsləhət:
Yaxşı olaq ki, mühərriki yuma məntəqəsində yuyasınız. İndi yuma məntəqələrinin çoxu bu cür xidmətləri göstərirlər. Amma öncə əmin olun ki, yuyucular bu işi necə görməyi bilirlər, əks halda problemlərdən qaça bilməyəcəksiniz. Yaxınlıqda olmağınız və prosesi izləməyiniz faydalı ola bilər.
Mühərriki müstəqil surətdə yumaq üçün isə istənilən avtodükandan alınmış xüsusi kimyəvi vasitələrdən istifadə etmək olar.
Həmçinin əl girməyən yerləri təmizləmək üçün müxtəlif ölçülü fırçalar və güclü çirkləri aradan qaldırmaq üçün qaşovlar köməyinizə çata bilər.
Mühərriki yuyucu tozla və ya qabyuyan maye ilə yumaq faydasız işdir. Solyar yağı, benzin və ya kerosinlə yumaq isə təhlükəlidir. Kompressor yoxdursa, mühərriki tozsoranla və ya nasosla qurutmaq olar.
Bayırda temperatur mənfi olduğu halda yaxşı olar ki, mühərriki yumayasınız. Bu zaman rütubət buxarlanmaq əvəzinə donur və mühərrikin normal işinə mane yarada bilər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












