Avtomobilin yaranma tarixi - FOTO

Avtomobil latın və yunan sözlərindən ibarət olub, özü yeriyən deməkdir. Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür.
İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cu
ildə buxarla işləyən ilk avtomobil icad etmişdir Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya idi. Və bu da dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi. Hələ 1859-ci ildə fransalı mühəndis Etyen Le Nor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı və bu hadisədən sonra, onun alman həmkarı Klerk Nikolas həmin mühərriki təkmilləşdirərək (1876), prinsipcə onu bu günkü formaya saldı.
Avtomobillər artıq dünyanın aparıcı qüvvələrinin diqqət mərkəzinə çevrilir və gündən-günə təkmilləşdirilirdi.
1886-cı ildə alman mühəndisi Daymlerin böyük zəhməti bahasına ilk daxiliyanma mühərrikli avtomobil içad ediləndən sonra, bu işdə böyük perespektivlər görən alman milyoneri Eminel qızı Mersedesin şərəfinə yeni "özü yeriyən" sifariş verdi. İlk «Mersedes»-in sürəti 13 km/s-dan artıt deyildi. Az sonra həmin firmanın dahilərindən biri olan Benssin sayəsində (1909) həmin sürət 102 km/s-a çatdı.
Getdikcə aristokratlıq rəmzinə çevrilən "özü yeriyənlərə" 1887-ci ildə türk sultanı Əbdül Həmidin sifarişi ilə akkumulyator, 1895-ci ildə Mişel qardaşları tərəfindən hava doldurulmuş rezin təkər və 1923-cü ildə hidravlik tormoz sistemi tətbiq edildi.
Bu gün ABŞ-da və Avropanın 55 dövlətində 492 mln. avtomobil istehsal olunur və onların dünyada ümumi sayı 1 milyardı keçir.
Belə möhtəşəm "özü yeriyənlər" ordusunun müsbət keyfiyyətləri ilə yanaşı mənfi xüsusiyyətləri də az deyildir.
Ətraf mühitin çirklənməsi, nahamar yollarda nizamsız hərəkət edən avtomobillər insan həyatı üçün böyük
təhlükə törədir. Avtomobillər məişət həyatımıza daxil olandan sonra yüksək səviyyəli nəqliyyat yollarının çəkilməsi bizim əsas sosial qayğılarımızdan birinə çevrilmişdir.
Ancaq onu da qeyd edək ki, insanlar rahat yol haqqında hələ qədim zamanlardan düşünməyə başlamışlar. Məsələn, hələ eramızdan 312 il əvvəl Roma imperiyasında düz, səliqəli yollar salınmağa başlanılmış və həmin yollardan bir hissəsinin Sezar Api Klavdi adlandırılması da bizə məlumdur.
Əsrlər keçdikcə yollara daha çox diqqət yetirilir, onların çəkilməsi adi iş sayılırdı. Amma peşəkarcasına həyata keçirilməyən bu iş həmişə müsbət nəticə vermirdi. Ona görə də XVII əsrdə Fransa kralı IV Henrix yolların və körpülərin tikintisi üçün ilk inşaat mühəndisləri korpusunu təşkil etdi.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












