"Avtoş Əhliman" xəstəxanalıq oldu - Buradan sağ çıxmaq möcüzədir - VİDEO

Sabunçu rayonunda avtoxuliqanlıq edən sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Sabunçu-Zabrat yolunda baş verib. Şəhər istiqamətində "VAZ-21015" markalı avtomobili ilə sürətlə hərəkətdə olan Əhliman Əhmədov qəfil idarəetməni itirib. Nəticədə qarşı yola çıxan "VAZ-21015" öz yolu hərəkət edən Səxavət Dünyamalıyevə məxsus "Mercedes"ə çırpılıb. Qəza zamanı "VAZ-21015" yararsız hala düşüb, sürücü Əhliman Əhmədov isə xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, "VAZ-21015"-in sürücüsü Əhliman Əhmədov gecə vaxtı yolda avtoxuliqanlıq edib. Sürət yüksək olduğundan, idarəetməni itirib. Nəticədə özü ağır yaralanıb.
Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Müayinələr aparılıb. Qəzanın səbəbini müəyyənləşdirmək üçün avtotexniki ekspertiza təyin edilib. Faktla əlaqədar araşdırmalar davam edir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO

















