Azərbaycan Avtomobil Federasiyası orduya dəstək üçün “Pikap”ları təqdim etdi - FOTO

Azərbaycan Avtomobil Federasiyası (AAF) Milli Orduya dəstək olaraq “Pikap” tipli avtomobillər təqdim edib. Federasiya Ermənistanın sentyabrın 27-dən başlayan təxribatlarına qarşı hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna, ərazilərimizin bütövlüyü uğrunda döyüşən hərbçilərimizə dəstək məqsədilə ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan “pikap” tipli avtomobillər təqdim edib.
Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də düşmənə qarşı son günlər aparılan uğurlu hərbi əməliyyatlara töhfə vermək üçün 10 ədəd “pikap” tipli avtomobil ön cəbhədə yolsuzluq şəraitində istifadə məqsədilə təhvil verilib.
AAF-ın nümayəndəsi Nərgiz Rüstəmova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Azərbaycan xalqı tarixi bir gün yaşayır: “Ordumuz Vətən torpaqlarının işğaldan azad edilməsi üçün əməliyyatları əzmlə, uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizədən qürur və iftixar hissi duyuruq. Bu çətin günlərdə hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşib həmrəy olmalıyıq.
Bu həmrəyliyə qoşularaq öz növbəsində Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərovun tapşırığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qərargahına 10 ədəd "pikap" tipli avtomobillər təhvil verilib. Doğrudur, bu gün Ordumuz yüksək səviyyədə təchiz olunur. Hər zaman dövlətin qayğısı ilə əhatə olunan Ordumuzun bugünkü gündə heç bir əlavə yardıma ehtiyacı yoxdur. Lakin bu aksiya ilə bir daha Vətən uğrunda ön və arxa cəbhədə mübarizə aparan soydaşlarımızla birlikdə olduğumuzu nümayiş etdirmək istədik”.





ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












