Azərbaycanda elektrikli avtomobillər niyə azdır? - RƏY - FOTO
"Azərbaycanda elektrikli nəqliyyat vasitələrinin populyarlaşması üçün ən effektiv üsullardan biri təklifdir. Öncə bazara təklif gəlməlidir. Təklif üçün isə istehsal lazımdır. Hələ ki, dünyada elektromobillər üçün yetərli istehsal yoxdur, hətta Avropada da. Diqqət etsək görərik ki, hələ də 98% daxili yanma mühərrikli avtomobillər istehsal olunur. Amma hər mərhələdə elektromobilə olan təklif artır. Bütün dünyada elektromobilə dair təkliflərin 2021-ci ildən daha da artacağı gözlənilir".
Bunu TED.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Şahin Göyləroğlu deyib.
Mütəxəssis bildirib ki, ikinci amil maliyyə resursudur: "Düzdür, Azərbaycanda bununla bağlı strategiya var. Elektromobillər üçün əlavə dəyər vergisinin ləğvi "Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı"nda yer alıb. Amma bu da bir faktdır ki, yeni maşınlar baha olur. Bu zaman alıcıda sual yaranır ki, bəs necə alaq? Düşünürəm ki, yaxın zamanda bu məsələ də öz həllini tapacaq. Mərkəzi Bankın sədri Elman Rüstəmov gələcəkdə kreditlərin bir rəqəmli faizə düşməsinin planlaşdırdığını bildirmişdi. Bu gün maşınlar üçün ikirəqəmli 10%-dən 18%-ə qədər olan kredit şərtləri stehlakçını maşın almaqdan yayındırır. İstər yeni elektromobil almaq istəyən alıcını, istərsə də ənənəvi maşın alıcısını. Amma avtomibil alanlar üçün faiz dərəcəsi düşərsə, məsələn, 4 və ya 5 faiz olarsa, əlbəttə ki, istehlakçıda maraq yaradacaq.
Bu da avtomibil alınmasını artıra bilər. Nəqliyyatın populyarlaşdırılması üçün şərtlərdən biri də maliyyə resursunun rahat əldə edilməsidir, yəni kreditlərin aşağı faizlə olmasıdır".
Şahin Göyləroğlu Azərbaycanda elektromibillərin populyarlaşması üçün digər vacib faktorun "Yol təhlükəsizliyinə dair dövlət proqramı"nda yer aldığını bildirib: "Proqramda qeyd olunur ki, növbəti illərdə Azərbaycanda normativlər yüksələcək. Bu zaman effektiv qanunlar sizi məcbur edəcək ki, gedib elektromobil alasınız. Yəni köhnə maşınlar utilizasiyaya gedəcək. Yeni maşın almaq istəyənlərin öncədən də dediyim kimi təklif və sərfəli kredit şərtləri imkan verəcək ki, insanlar yeni və müasir elektromobilləri əldə etsinlər.
2019-2023-cü illərdə Azərbaycanda emissiya normaları aşağı olan maşınlar utilizasiyaya gedəcək. Bu da ölkədə elektromobillərin populyarlaşma prosesini gücləndirəcək".
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI








