Azərbaycanda son 5 ayda avtomobil istehsalında artım qeydə alınıb

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda sənaye sektorunda bir sıra sahələrdə məhsulların istehsalında artım qeydə alınıb.
Open.az-ın məlumatına görə, emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 94,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 37,6 faiz, elektrik avadanlıqlarının istehsalı 26,5 faiz, tütün məmulatlarının istehsalı 26,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,6 faiz, kağız və karton istehsalı 15,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,6 faiz, geyim istehsalı 13,0 faiz, hazır metal məmulatlarının istehsalı 7,4 faiz, içkilərin istehsalı 2,9 faiz, neft məhsullarının istehsalı 2,0 faiz, poliqrafiya məhsullarının istehsalı 1,8 faiz, qida məhsullarının istehsalı 1,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,6 faiz artıb.
Mebel istehsalı 1,5 faiz, maşın və avadanlıqların istehsalı 8,2 faiz, tikinti materiallarının istehsalı 9,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,2 faiz azalıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












