Bakıda 200 minlik maşından saxta nömrə çıxdı – «Maserati» tutuldu

Bakıda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı «Maserati» markalı, 90 GX 501 dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, bu avtomobilin səsboğucusuna müdaxilə edilib. Bundan əlavə, 30-dan artıq ödənilməmiş MMX protokolu da mövcuddur. Sonrakı yoxlamalar zamanı isə daha maraqlı fakt ortaya çıxıb. Məlum olub ki, avtomobilin üzərindəki nömrə saxtadır. Daha doğrusu, 90 GX 501 nömrəsi əslində, «Maserati»yə məxsus deyil. Bu nömrə köhnə «QAZ-69» markalı avtomobilindir. Sadəcə, sürücü kamera və radarların cəriməsindən yayınmaq üçün «lipa» nömrə ilə maşın sürür. Yol polisləri həmin avtomobili cərimə meydançasına aparıblar. Bu zaman yüksək vəzifəli bir nəfər zəng edərək avtomobilin cərimə meydançasına aparılmasının qarşısını almağa çalışıb. Lakin istəyinə müvəffəq ola bilməyib.
Avtosfer.az bununla bağlı araşdırmaları davam etdirir.
Elməddin
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












