Bakıda lüks maşının sahibi polisi saymadı – 10 PB 700 - FOTO

Bu gün Bakıda növbəti dəfə lüks avtomobil sürücülərindən birinin özbaşınalığı müşahidə olunub. Hadisə Milli Məclisin binasının qarşısında baş verib. Lüks maşınını qadağan olunmuş ərazidə saxlayan şəxs Dövlət Yol Polisi (DYP) əməkdaşının xəbərdarlığına məhəl qoymayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com məlumat verib. 10 PB 700 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobilin sürücüsü Milli Məclisin qarşısında qadağan olunmuş, avtobusların dayanması üçün nəzərdə tutulan zolaqda dayanıb.
Bu zaman ərazidə 10 P 027 dövlət nömrə nişanlı motosikletdə xidmət aparan DYP əməkdaşı sürücüyə xəbərdarlıq edib. Tərəflər arasında bir müddət danışıq olub. Daha sonra sürücü Milli Məclisə gəldiyini deyərək, maşını orada saxlayacağını bildirib. Maşının qapılarını bağlayan sürücü Milli Məclisə daxil olub.
Sürücünün özbaşınalığı ilə bağlı DYP əməkdaşının fikirlərini öyrəndik. DYP əməkdaşı sürücüyə xəbərdarlıq etdiyini, lakin sürücü tərəfindən qanuna əməl olunmadığını bildirdi.
DYP əməkdaşı onu da qeyd etdi ki, avtomobilin şəkili çəkilib və 40 manat cərimə yazılıb. Söhbət zamanı DYP əməkdaşı bildirdi ki, bu maşının sahibi artıq bir neçə dəfə eyni yerdə qanunu pozduğu üçün cərimələnib.


ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
















