Baş nazir MDB ölkələrini Ermənistanı pisləməyə çağırıb

“Ermənistandan fərqli olaraq Azərbaycan silahlı qüvvələri dinc əhali və mülki obyektlərə hücum etmir. Onlar yalnız legitim hərbi hədəfləri məhv edirlər. Biz MDB-nin üzv dövlətlərini Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən Ermənistanın əməllərini pisləməyə çağırırıq”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Müstəqil Dövlətlər Birliyinin Hökumət başçıları Şurasının iclasında söyləyib.
“Ermənistan münaqişəyə üçüncü dövlətləri, xüsusilə KTMT üzvlərini cəlb etmək və hərbi əməliyyatların coğrafiyasını genişləndirmək üçün öz ərazisindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərini vurmaqla Azərbaycanı Ermənistan ərazisinə cavab atəşi açmağa məcbur etməyə çalışır. Bir daha qeyd etmək istəyirəm ki, hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş ərazisində aparılır. Həmçinin qeyd etmək istəyirəm ki, mülki təyyarə vasitəsilə Ermənistana Azərbaycanın işğal altında olan ərazilərinə göndərmək məqsədilə qaçaq yolla silah tədarükü gerçəkləşdirilir. Bu cür qeyri-qanuni əməllər Beynəlxalq Mülki Aviasiya Təşkilatının məqsəd və prinsiplərinə ziddir. Həmçinin Ermənistana müxtəlif ölkələrdən Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün muzdlular göndərilir”, - o bildirib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












