Aston Martin DBS GT Zagato modelinin yekun sınaqlarına başlanıb

Əslində, Aston Martin DB4 GT Zagato replikası ilə birlikdə satılacaq DBS GT Zagato modelinin eksteryer və interyer dizaynı heç də sirr deyil. Altı milyon funt sterlinqə satılacaq cütlük barədə kifayət qədər məlumat vermişik. Ən maraqlısı odur ki, bu günlərdə casuslar DBS GT Zagato modelinin sınaq prototipinə rast gəliblər. Bu vəziyyət modelin yekun sınaqlarına başlandığına və yaxın zamanlarda ilk nüsxələrin müştərilərə çatdırılacağına işarə edir.
Aston Martin DBS GT Zagato modeli DBS Superleggera kupesinin bazasında inşa edilib. Yeni model donorundan bütov kabronplastikdən hazırlanmış damı və anodlaşdırılmış metaldan düzəldilmiş 108 ayrı elementi olan radiator barmaqlığı ilə seçilir. Bu elementlər avtomobil dayanan zaman hərəkətsiz görünürlər. Mühərrikin işə salınması ilə birlikdə onlar da "hərəkətə" gəlirlər.
DBS GT Zagato modelinin 19 nüsxəsinin hər biri Supernova Red rənginə boyanacaq və 18-karatlıq qızıldan hazırlanmış loqotiplərlə bəzədiləcəkdir. Kupenin salonunda qara-qırmızı rəngdə tərtibata, sırıqlı dəri ilə üzlənmiş oturacaqları, «atlas tvili» hörməsi olan karbon detalları görmək olar. Yəhər formasında olan mərkəzi tonneli «çap edilmiş karbonplastik», alüminium və vakkum üsulu ilə vurulan qızıl qatı ilə bəzəmək olar. Müştərinin sifarişi ilə, Aston Martin additiv texnologiyalardan istifadə edərək, istənilən faktura və istənilən materialdan detalı hazırlamağa hazırdır.
Superkar 725 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 biturbomühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı səkkiz diapazonlu ZF “avtomatı” ilə tandemdə çalışır. Aston Martin DBS GT Zagato 100 km/saat həddinə 3,4 saniyəyə sürətlənir.
Mənbə: Evo (autograph.az)
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










