Bentley Continental GT yeni rənglərə və sükan çarxına sahib olub - FOTO

entley şirkəti yenilənmiş Bentayga krossoverini təqdim etdikdən sonra, Continental GT kupe və kabrioletinin avadanlıqlar siyahısını yenidən nəzərdən keçirib. Bu modellərin rəng palitrasına üç yeni rəngi əlavə edilib. Bundan başqa, kupe və kabriolet yeni sükan çarxına sahib olublar.
Yenilənmiş Bentley Bentayga krossoveri ilə birlikdə iki yeni kuzov rəngi debüt edib: EXP 10 Speed 6 konseptinin rənginə əsaslanan Viridian və Patina. İndi bu rənglər Snow Quartz rəngi ilə birlikdə Bentley Continental GT modelləri üçün də əlçatandır.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, beləliklə, modelin palitrasında 62 standart çalar vardır ki, bu da avtomobilini fərdiləşdirmək istəyənlərə 10 milyarddan çox mümkün konfiqurasiyanı təklif edir. Bu gündən başlayaraq, V8 mühərriki ilə təchiz edilmiş Continental GT kupesini panoram dam ilə sifariş etmək mümkündür. Əvvəllər belə dam yalnız W12 mühərriki ilə təchiz olunan modelin imtiyazı idi.
Daha bir yenilik, fərqli formaya və dizayna malik olan sükan çarxıdır. Sükan çarxı duyğu sensorları ilə təchiz edilmişdir ki, bu sensorlar da yarıavtonom idarəetmə sistemlərinin işləməsi üçün zəruridir, çünki bəzi ölkələrdə qanunvericilik sürücünün yolu diqqətlə izləməsini və əllərini sükandan çəkməməsini tələb edir.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












