Bentley markasının ilk elektrokarı barədə məlumat peyda olub

Bentley “yaşıl” avtomobillər seqmentinə daxil olmağa hazırlaşır. “Autocar” nəşrinin bildirdiyinə görə, markanın elektrik xəttini pioneri, 2025-ci ilin əvvəlində debüt edəcək “yüksək oturacaq mövqeyinə” malik olan lüks sedan olacaqdır.
Elektrik sedanının ardınca, istehsalçı müxtəlif kuzovlara malik olan digər elektromobilləri buraxacaqdır. Mövcud olan plana əsasən, Bentley modelləri 2030-cu ilə qədər tamamilə elektrikləşəcəkdirlər. 2026-cı ildən etibarən isə, şirkətin təklif etdiyi modellərin 100 faizi elektrikləşdirəcəkdir: model cərgəsində yalnız “yaşıl” avtomobillər və qoşulan hibridlər qalacaqdır.
Bentley şirkətinin elektrokarlar ailəsinin ilkinin, Audi şirkətinin Artemis layihəsi çərçivəsində yaratdığı qabaqcıl PPE elektrik platformasında inşa ediləcəyi gözlənilir. Lakin, Bentley şirkətinin nümayəndələri bu məlumatı hələlik təsdiqləməyiblər.
“Autocar” nəşrinin bildiriyinə görə, Bentley elektromobili, batareyanın döşmənənin altında yerləşdirməsi səbəbi ilə, yüksək klirensə və sedan kuzovuna malik olacaqdır. Yeni sedanın, keçən yay nümayiş olunan EXP 100 GT konsept avtomobilində tətbiq edilmiş dizayn üslubunda olan eksteryerə sahib olacağı gözlənilir. Çox güman ki, avtomobilin seriya versiyasının kuzovu aerodinamika naminə bir qədər dəyişdiriləcəkdir.
Volkswagen konserninin texniki direktoru Mattias Rabenin sözlərinə görə, sedanı “tamamilə yeni platformada” inşa edilmiş “elektrikli avtomobillər ailəsi” izləyəcəkdir. Bentley şirkəti, 2025-ci ilə qədər 110-120 kilovat-saatlıq batareyaların əlçatan olacağını və iri avtomobillərinin dolu batareya ilə 500 kilometrə qədər məsafə qət edəcəklərini gözləyir.
O vaxta qədər, britaniya markası yalnız kiçik və orta ölçülü modelləri elektrik güc qurğuları ilə təchiz etməyi planlaşdırır. Odur ki, xəttin başlanğıcında ölçüsü Continental GT və ya Flying Spur ilə müqayisə edilə bilən iri elektromobili gözləmək lazım deyil.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














