BMW 2 milyard dollarlıq müqavilə imzaladı

Elektrikli avtomobil sənayesindəki digər şirkətlərdən bir qədər geri qalan “BMW”, yeni modellərində istifadə ediləcək batareyalar üçün yeni bir tərəfdaş əldə etdi. Şirkət İsveçdə fəaliyyət göstərən “Northvolt“ şirkəti ilə 2 milyard dollarlıq bir müqavilə imzaladı.
Bu günün ən populyar avtomobil istehsalçılarından biri olaraq BMW yaxşı məhsullar istehsal edir, lakin şirkətin elektrikli avtomobillərdəki inkişaf sürəti çox tənqid olunur. Hətda bəzi tənqidçilər fikirləşirlər ki, “BMW”-nin elektrikli avtomobil istehsalında istəksizdir. Bu tənqidlərə cavab olaraq “BMW”-nin CEO-su Oliver Zipse şirkətin 2023-cü ilin sonuna qədər toplamda 25 elektrikli avtomobil modelinə sahib olacağını söylədi, bu avtomobillərin yarısı yeni iX3 kimi batareya ilə işləyəcək.
Beləliklə, kütləvi istehsala girən 13 modelin batareyaları necə təmin ediləcək?
Avtosfer.az Webtekno-ya istinadən xəbər verir ki, BMW-nin baş direktoru batareya təchizatı məsələsinə də toxunub və batareyaya tələbatı ödəmək üçün İsveçin batareya istehsalçısı “Northvolt” ilə 2 milyard dollarlıq bir müqavilə imzaladıqlarını açıqladı.
BMW-nin batareya ilə razılaşdığı Northvolt, İsveçdə 2016-cı ildə qurulub. BMW-nin yeni batareya partnyoru Northvolt, şirkətin batareya partnyorlarının sayını üçə artırdı. BMW hazırda CATL və Samsung SDI ilə batareya tədarükü üzərində işləyir.
Bu ayın əvvəlində BMW baş direktoru başqa bir açıqlamada davamlılığı başqa səviyyəyə qaldıracaqlarını söylədi. Bu məqsədə çatmaq üçün BMW və Northvolt BMW-yə göndərilən batareyalarda davamlılıq standartına çatmaq üçün kobalt və lityumdan istifadə edəcəklər.
Şirkətin elektrik avtomobilləri, eləcə də batareya problemi ilə bağlı bir neçə açıqlama verən BMW-nin icraçı direktoru Oliver Zipse BMW-nin elektrikli avtomobil satışlarının hər il orta hesabla 30% artacağını söylədi. Zipse, həmçinin əlavə etdi ki, Avropadakı hər 4 avtomobildən 1-i 2021-ci ildə elektrikli olacaq, bu nisbət 2025-ci ildə 3-ü və 2030-cu ildə 2-si azalacaq.
Pərvin Qoca
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər












