"BMW" şirkəti şəhəriçi elektrikli motosiklet konseptini yaradıb - VİDEO

Son zamanlar BMW şirkəti elektrikli avtomobillər ideyasına çox diqqət ayırır. İndi isə şirkət gələcəyin elektrikli motosiklet konsepsiyasını sərgiləyib. Bu barədə Slashgear saytı xəbər verib. BMW Motorrad Definition CE 04 adlı elektrikli motosiklet şirkətin gələcəkdəki şəhəriçi motosiklet modelinin necə görünəcəyi ideyasını əks etdirir. Sözügedən motosikletin batareyaları aşağı hissədə yerləşdirilib. Transmissiya isə daha kompakt olub və bunun sayəsində müxtəlif aksessuarların saxlanması üçün əlavə yer yaradılıb.
Bununla yanaşı aşağı tərəfə istiqamətlənmiş ağırlıq mərkəzi səyahət zamanı motosikletin stabilliyini təmin edir. Elektrikli motosikletin texniki göstəriciləri və onun nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat verilməyib. Çox güman ki, bu motosiklet yüksək sürət üçün nəzərdə tutulmayacaq. Əksinə o, şəhəriçi idarəetmə rejimində çalışacaq. BMW Motorrad Definition CE 04-ün ön hissəsində U formasında olan diod işıqlandırma sistemi mövcuddur.
Arxa hissədə olan C formalı işıqlandırma sistemi isə kənar panellərə inteqrasiya edilib. Sürücü üçün olan bütün lazımi məlumat motosikletin 10.25 düym-lük ekranında əks olunur. Həmçinin motosiklet sürücünün smartfonuna da qoşula bilir. Motosikletdən əlavə olaraq BMW şirkətinin mütəxəssisləri onun üçün bir sıra aksessuar da hazırlayıblar. Onların arasında cins şalvar, ayaqqabılar, ağ rəngli dəbilqə və qolları ilə başlıq hissəsi diod işıqlarla təchiz olunmuş gödəkcə var.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












