BMW X7 modeli yenilənəcək - FOTO

BMW markasının bayraqdar krossoveri olan X7 modelinin təqdimatının iki il əvvəl baş tutmasına baxmayaraq, seriya avtomobilləri yalnız 2019-cu ildə əsas bazarlara çatdırılıb. Bununla belə, alman istehsalçısı krossoverin yenilənmiş versiyası üzərində çalışmalara start verib.
Milli.Az autograph.az-a istinadən bildirir ki, buna, bu günlərdə casuslara rast gəlmiş yenilənmiş bayraqdarın kamuflyajlı prototipləri dəlalət edir. Avropanın ümumi yollarında sınaqları keçirilən krossoverlərin kuzovundakı kamuflyaj örtüyünün sahəsinin kiçik olması, yenilənmələrin yalnız avtomobilin ön və arxa hissəsində olacağına işarə edir.
Casus şəkillərindən göründüyü kimi, X7 modelinin arxa hissəsinin dizaynı elə də ciddi dəyişikliklərə məruz qalmayacaqdır. Bununla belə, ön tərəfdəki qeyri-adi formalı fənərlər, bizə ciddi dəyişikliklərdən xəbər verir.
Standart fənərlərin yerinə, müvəqqəti blokların quraşdırılması testlər zamanı istifadə edilən fəndlərdən biridir, lakin onların yeri bir qədər təəccüb doğurur: fənərlər cari X7 krossoverində olduğundan çox aşağıda quraşdırılmışdır. Yeri gəlmişkən, BMW X8 krossoverinin kamuflyajlı prototipində və gələcək 7 Series sedanında da ön fənərlər bənzər tərtibata malikdirlər.
Belə bir həllin sonradan digər BMW modellərində tətbiq ediləcəyi də istisna olunmur. Böyük ehtimalla, yenilənmiş BMW X7 modeli təkmilləşdirilmiş multimedia sistemini əldə edəcək və təkrar doldurulan hibrid modifikasiyaya sahib olacaqdır. Yenilənmiş krossoverin rəsmi debütü 2021-ci ildə baş tutmalıdır.


ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












