"Niva" yenidən "Lada" olub

Rusiyanın patent üzrə "Rosstandart" agentilinin açıq bazasında, əvvəllər Chevrolet Niva adı ilə tanınan Lada Niva modeli üçün Nəqliyyat növünün təsdiqlənməsi (OTTS) sənədi aşkar edilib. Sənəddə modelin istehsal ediləcəyi iki zavodun adı göstərilib: "Lada Zapad Tolyatti" (keçmiş GM-AvtoVAZ) və Qazaxıstan bazarı üçün maşın istehsal edən "SaryarkaAvtoProm".
Lada Niva modelinə verilmiş sertifikat 13 may 2023-cü ilə qədər etibarlıdır. Lada Niva Chevrolet markası altında buraxılmış modeldən yalnız radiator barmaqlığındakı "qayıqla" fərqlənir və texniki cəhətdən dəyişilməyib. Lada Niva 80 at qüvvəsi hasil edən 1,7-litrlik benzin mühərriki, beş pilləli mexaniki ötürmələr qutusu, tam ötürmə sisteminə və ikipilləli paylayıcı qutu ilə təchiz edilir.
Niva bir və ya iki ön hava yastığı, multimedia sistemi, arxa görüntü kamerası, kondisioner, qızdırılan və elektriklə tənzimlənən güzgülər ilə təchiz olunur. Sənədə görə, avtomobil beşyerli və ya arxa cərgədə iki oturacağı olan dördyerli konfiqurasiyada ola bilər.
2019-cu ilin dekabrında AvtoVAZ və General Motors şirkətləri AvtoVAZ-GM birgə müəssisəsinin AvtoVAZ şirkətinə verilməsi barədə razılaşmaya gəliblər. Birgə müəssisə AvtoVAZ şirkətinə keçdikdən sonra, "Lada Zapad Tolyatti" adlandırılıb.
Mənbə: Motor
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












