Brabus çin krossoverini təkmilləşdirib

Great Wall şirkətinə məxsus olan Wey markası Brabus atelyesinin hazırladığı kuzov dəstinə malik olan VV7 GT krossoverini təqdim edib. Yeni krossover, keçən il Frankfurt avtosalonunda debüt edən prototipdən, demək olar ki, fərqlənmir.
Krossover karbondan işləmələri olan yeni bamperlərə, təkər tağlarının və kandarların örtümələrinə və baqaj qapağındakı spoylerə sahib olub. Bundan başqa, krossover qara rəngli 21-düymlük təkər disklərini və idman üslublunda tərtib edilmiş salonu da əldə edib. Wey VV7 GT modeli 227 at qüvvəli 2,0-litrlik benzin turbomühərriki və 7-pilləli iki muftalı “robot” ilə təchiz edilir. Ötürmə - yalnız ön oxadır.
Brabus şirkətinin iştirakı ilə hazırlanmış krossoverin satışlarına baharın sonunda başlanmalıdır. Onun qiyməti isə, yaxın zamanlarda açıqlanacaqdır. Standart model Çində 167.800 yundan (40.230 manat) başlayan qiymətlər ilə satılır.
Wey və Brabus şirkətləri 2019-cu ilin yazında əməkdaşlıq etmək barədə razılığa gəliblər. Çin markası və alman şirkəti ilk ortaq layihəsi, Brabus tərəfindən avropalıların seçimlərinə uyğun olaraq təkmilləşdirilmiş Wey-S konsepti olub. Wey markası 2021-ci ildə Avropa bazarına çıxmaq niyyətindədir.(autograph.az)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












