Bruney sultanının satışa çıxarılan superkarı - FOTO

Nadir avtomobillərin satışı ilə məşğul olan Curated firması bu ilin yayında əvvəllər Bruney Sultanı Hassanal Bolkiaha məxsus olan Cizeta V16T superkarını satışa çıxarmışdı. Satıcı avtomobilin qiymətini gizli saxlayaraq onu yalnız maraqlı olan alıcıya təqdim edəcəyini bildirmişdi. Bu günlərdə Business Insider nəşri söhbətin 750 min dollardan getdiyini aydınlaşdırıb.
Superkar Bruney sultanı Hassanal Bolkiaha məxsus olan nəhəng avtomobil kolleksiyasının bir hissəsi olub. Kolleksiyanın qiyməti milyardlarla ölçülür.
İlk Cizeta V16T superkarı 1998-ci ildə təqdim edilib. Avtomobil keçmiş Lamborghini mühəndisi Klaudio Zampolli, musiqi prodüseri Corcio Moroder və Lamborghini Miura modelinin eksteryeri üzərində işləmiş dizayner Marçello Qandini arasındakı əməkdaşlığın bəhrəsi idi. İlkin olaraq, Cizeta modelini Lamborghini Diablo superkarına bənzətmək planlaşdırılırdı, lakin sonradan bu fikirdən imtina edildi.
İki cüt "kor" fənərlərə malik olan qeyri-adi kupenin istehsalına 1991-ci ildə başlanıb. İldə 40-a qədər superkar istehsal etmək planlaşdırılsa da, ancaq 1995-ci ilə qədər cəmi 19 superkar istehsal edilib, 1999-2006-cı illərdə isə, bir rodster daxil olmaqla üç superkar buraxılıb.
Sultana məxsus olmuş 101 şassi nömrəli Cizeta superkarı 1993-cü ildə Cenevrə avtosalonunda təqdim edilib. Avtomobil demək olar ki, sürülməyib: superkardan mətbuat tədbirlərində və reklam çəkilişlərində istifadə edilib. 27 yaşı olan kupenin odometrdəki yürüş məsafəsi 981 kilometrdir.
Cizeta V16T superkarı 540 at qüvvəsi və 542 Nm fırlanma anı hasil edən 6,0-litrlik V16 mühərriki ilə təchiz edilib və 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənir. Mühərrik beş pilləli mexaniki ötürmələr qutusu ilə birlikdə işləyir. Superkarın maksimal sürəti 328 km/saatdır.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək














