Brutal görünüşlü "Cadillac" ofrouderinin dizayner eskizləri

GM Design Instagram profilində brutal dizayna malik olan naməlum Cadillac avtomobilinin eskizi dərc edilib. Ehtimallardan birinə görə, avtomobil istehsalçısı bu yolla yeni elektrik ofrouderinin buraxılacağına işarə edir, lakin bunun rəsmi təsdiqi yoxdur.
Şəkildəki yolsuzluq avtomobili Cadillac markasının korporativ üslubuna xas olan xüsusiyyətlərə malikdir: mərkəzində loqotipi olan qalxan formal radiator barmaqlığı və şaquli hərəkət işıqları. Avtomobil qeyri-mütənasib görünür - onun geniş ön tərəfi, iri tağları və nəhəng diskləri vardır. Bununla belə, alın şüşə çox dar təsvir olunub,dam xətti isə alçaqdır. Ümumilikdə, yolsuzluq avtomobilinin görünüşü markanın mövcud modellərindən daha brutal görünür.
Avtosfer.az bildirir ki, böyük ehtimalla, Cadillac dizayneri Əndryu Makmillan tərəfindən çəkilmiş eskizdə, GMC Hummer EV modeli ilə eyni platformanı bölüşəcək gələcək elektromobilin dizayn variantlarından biri təsvir edilib. Elektromobilin tizerləri bir müddət bundan öncə açıqlanıb - yeni elektrokarın 20 oktyabr tarixində debüt etməsi gözlənilir.
GM konserninin elektromobillər xəttinin inkişafına gəldikdə isə, bu xəttin Cadillac, Chevrolet və GMC markalarından olan ən azı 20 modeli əhatə edəcəyi söylənilir. Bu avtomobillərdən üçü Cadillac markasını daşıyacaqdır: qlobal Lyriq modeli, üçsıralı ailə krossoveri və Cadillac XT4 modelinin SUV EV adı ilə tanınan batareyalı analoqu. Bundan əlavə, Cadillac, "Escalade DNA-sı" olan elektrik ofrouderinin və Celestiq Statement Vehicle flaqman modelinin üzərində işləyir.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












