Bu avtomobil modeli gələn il trendə çevriləcək - FOTO
"Uzun illərdir, Azərbaycanda Sovet istehsallı avtomobillər daha çox alınıb. Bunun əsas səbəbi qiymətin ucuz olmasıdır. Amma son illər vətəndaşlar daha çox ekoloji təmiz, müasir təhlükəsizlik standartlarına uyğun modellərə üstünlük verirlər".
Bu sözləri TED.az-a açıqlamasında avtomobil üzrə ekspert Eldəniz Cəfərov deyib.
O bildirib ki, elə hazırda da bazarda ən məşhur Rusiya istehsalı olan modellərdir: "Yaponiya, Avropa və Amerika Birləşmiş Ştatlarının hazırladığı avtomobillər də ölkəmizdə yavaş-yavaş məşhurlaşır. Amma insanlar getdikcə ekoloji təmiz modellərə üstünlük verirlər. Ümumiyyətlə, avtomobil bazarını iki yerə bölmək olar: ikinci və birinci əl bazarı. Birinci əl avtomobil bazarında bu ilin trendi daha çox Crossover-lər oldu. Onlar Sedanla yolsuzluq avtomobili arasında olan bir seqmentdir. Mühərrik həcminə görə Sedanla eyni olsa da, yol keçirmə məsələsinə görə, yolsuzluq avtomobillərinə daha yaxındır. Daha yüksək yol keçimliliyi və az yanacaq sərfiyyatı olan bu model ölkəmizdəki populyardır. İkinci əl avtomobil bazarında isə daha çox ABŞ-dan gətirilən Yaponiya istehsallı hibrid avtomobilləri və buradan gətirilən kiçik həcmli, 1400 kub santimetrlik nəqliyyat vasitələrini misal çəkə bilərik".
Ekspertin sözlərinə görə, paytaxtda və iri şəhərlərdə daha komfortlu, təhlükəsizlik baxımından münasib avtomobillər alınır: "Amma regionlarda yenə də Rusiya istehsalı olan, hətta bu gün yararsız avtomobilə çevrilmiş modellər alınır. Populyar dedikdə çox satılan modellər nəzərdə tutulur. Trend isə Crossoverlərdir. Gələn il də belə olması gözlənilir. Tanınmış avtomobil brendləri yeni Crossover modelləri istehsal ediblər. Onlar 2021-ci ildə hətta Azərbaycanda da təqdim olunacaq. İndidən deyə bilərik ki, gələn il mühərrik həcmi o qədər də böyük olmayan Crossoverlər trenddə olacaq".
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək












