Bu avtomobilin qiyməti 200 min manatdır - VİDEO

Bu dəfə Bakının küçələrini bahalı, fərqli görünüşlü müasir avtomobillər yox, hər biri ayrı dövrdən gələn retro maşınlar bəzəyib. Müasir avtomobillərin əcdadı sayılan bu maşınların sahibləri elə özlərinin təsis etdiyi retro klubda bir araya gəliblər. Retro maşın həvəskarlarının üzv olduğu klubda müxtəlif yaşda və markada avtomobillər var.
Kolleksiyanın ən yaşlı nümayəndəsi isə Ford-A modelidir. 1931-ci il istehsalı olan bu avtomobildən Azərbaycanda yalnız bir ədəddir ki, bunun da qiyməti 200 min manata qədərdir.
Fətəli Umudlu - Retro maşın həvəskarı: "10 il əvvəl Amerikadan gətirilib. Maşın 1965-ci ildə restavrasiya olunub. 3-3 motor, 8 silindir, sürət qutusu avtomatdır".
Retro klubun daha bir maraqlı üzvü isə Bakının küçələrində nadir rastlaşdığımız Volga Gaz-24 markalı avtomobildir. 1982-ci il istehsalı olan bu maşının bütün ehtiyat hissələri özününküdür.
Bəxtiyar Nəbiyev - Retro maşın həvəskarı: "Əsas fərq ondan ibarətdir ki, müasir maşınlarda injektor sistemidir, bunda karbürator. Ümumiyyətlə, mühərrikin at gücündə də fərq var. O dövrlərdə 2400 kubluq avtomobilin mühərriki olurdu 80-90 at gücündə, indi 2400 kubluq mühərriklərdə at gücü hətta 170-i də keçir".
Həvəskarlardan avtomobilini orijinal görünüşdə saxlayanlarla yanaşı, əsas görünüşünü qorumaq şərti ilə müasir detallarla yeniləyənlər də var.
Yusif Cavadzadə - Retro maşın həvəskarı: "Maşın artıq 4 ildir məndədir. 1991-ci ilindir, VAZ 21-06-dır, 03 mühərrikdir, 65 at gücündədir. Son 4 ildə maşının çox şeyi dəyişilib. Öz istəyimizə uyğun yığılıb".
Zaur Həsənov - Retro maşın həvəskarı: "Məndə uşaqlıqdan həvəs yaranıb. 2 ildir bu maşın məndədir. "VAZ 21-0 modelidir. Restavrasiya görüb, təzə rənglənib".
Özündə ötən əsrin rəngini, tarixini yaşadan bu maşınlar sərgilərə, fotosesiyalara, klip çəkilişlərinə də təklif alır.
Sənan Səmədov - Retro maşın həvəskarı: "Biz sürüşlərdə sırf Moskviçləri təmsil edirik: Festivallarda, çəkilişlərdə klip çəkilişləridə, film çəkilişlərində. Burada 21-40, Konbin, Moskviç - 408, 401-də var".
Maşınların bir hisssəsi sifarişlə xaricdən gətirilib, bir hissəsi isə gənclərə ata və babalarından yadigardır. Bir zamanlar xüsusilə varlı, vəzifəli şəxslərin idarə etdiyi "Volqa", "GAZ" , "Lada" markaları indi nə qədər köhnəlsə də, görünüşü ilə yanaşı, üzərinə hopan tarixi ilə daim seçilir. (ARBTV)
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI








