Volkswagen ID.3 modeli gələn ay satışa çıxacaq, amma problemlər həll olunlayıb

Volkswagen şirkəti ilk ID. ailəsindən olan ID.3 hetçbekinin müştərilərə göndərməyə hazırlaşır, lakin şirkətin keçən ildən bəri aradan qaldırmağa çalışdığı proqram təminatındakı qüsurlar hələ də həllini tapmayıb. Buna baxmayaraq seriya elektromobillərinin çatdırılmasına əvvəlcədən planlaşdırıldığı kimi 17 iyun tarixində başlanacaqdır. Bəs problemlər?

"Autocar" nəşrinin bildiridiyinə görə, Volkswagen nümayəndələri proqram təminatında olan problemləri aradan qaldıra bilmədiklərini etiraf ediblər. Lakin, almanlar ümidlərini itirmırlər və yaxın zamanlarda problemi həll edəcəklərindən əmindirlər. Əvvəllər alman markasının rəhbəri olmuş Yurgen Ştakmann, qalan bir neçə həftə ərizndə, bütün problemlərin tamamilə aradan qaldırılması üçün kifayət qədər zamanın olduğunu söyləyib.

Göründüyü kimi, konsern rəhbərliyi növbəti elektrokarların buraxılış cədvəlini pozmamaq üçün, satışların başlanmasını təxirə salmağa cəsarət etməyib. Bir neçə aydan sonra, Volkswagen ID.4 elektrik krossoverinin və onun həmkarı Skoda Enyaq iV modelinin və Seat el-Born hetçbekinin təqdimatları baş tutmalıdır. Böyük ehtimalla, ilk əmtəə hetçbekləri məhdud funksiyalara sahib olacaq, onların proqram təminatı isə, bir müddət sonra məsafədən yenilənəcəkdir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












