Cadillac yeni ofrouderin eskizlərini dərc edib

GM Design Instagram profilində eksteryer dizayneri olan Rebekka Buller tərəfindən hazırlanmış naməlum avtomobilin eskizlərini yayımlanıb. Bu dəfə eskizlərdə ölçülərinə görə Escalade modelinə əsas bənzəyən və əsas xüsusiyyəti taybatay açılan qapıları olan ofrouder təsvir olunur.
Jurnalistlər qələmlə çəkilmiş eskizlərdəki avtomobil barədə mülahizələr yürütməyə başlayıblar. Məsələn, Carbuzz.com nəşri eskizlərdəki avtomobilin "paralel kainatdan" olan yeni Escalade modelinin variantlarından birinin olduğunu iddia edirlər. Motor1 saytı isə, öz növbəsində, eskizin gələcəkdə debüt edəcək yeni bir modelə işarə etdiyinə inanır, lakin yeni ofrouderin məhz belə dizayna malik olması şansı çox cuzidir .
Eskizlərdəki yolsuzluq avtomobili bir qədər Lyriq elektrik krossoverini və Celestiq sedanını xatırladır: şaquli ön fənərlər qanadlara keçir, arxa fənərlər isə L şəklindədir. Buna əlavə olaraq avtomobildə orta dirək yoxdur. Bu, avtomobilin hərəkət istiqamətinin əksi istiqamətində açılan arxa qapıların mövcudluğuna işarə edir. (Autograph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












