Cenevrə avtomobil salonu koronavirusa görə ləğv edildi - QƏRAR

Dünyanın ən böyük sərgilərindən birində Bentley, BMW, Kia, Mercedes, Toyota və digərlərinin yeni modellərinin təqdim edilməsi planlaşdırılırdı. Avtosfer.az xəbər verir ki, 2020-ci il Cenevrə avtosalonu, COVID-19 virusunun (koronavirus) Avropada yayılması ilə əlaqədar narahatlıqlar səbəbindən ləğv edildi. Qitədəki ən vacib sərgi mart ayının əvvəlində açılmalı idi və bir neçə əhəmiyyətli yeni modelin orada debüt etməli idi, lakin, İsveçrə federal hökuməti 1000-dən çox insanın bir araya toplanmaları qadağan etmək qərarına gəldi və təşkilatçıların şounu ləğv etməkdən başqa çarəsi qalmadı. “İsveçrə hakimiyyət orqanlarının verdiyi qərara əsasən Cenevrə avtosalonunu ləğv etməli olduq. Biz məsuliyyət daşımırıq; bu nəticəyə gəlməli olan federal hökumət idi” - Cenevrə Beynəlxalq Avtosalon İdarə Heyətinin sədri Moris Turrettini, mətbuat konfransında deyib. "Bu qərarı gözləyirdik, buna görə son günlər çətin oldu, amma heç bir şey alınmadı."
İsveçrə KİV-ləri ölkədə mart ayının əvvəlinə COVID-19 virusunun 15 təsdiq hadisəsini, bunların üçünün Cenevrədədir, bununla da ölkənin 500 nəfərində xəstəliyin mümkün simptomları yoxlanıldığını bildirdi. COVID-19 artıq dünyada, əsasən Çində 3000-ə yaxın insanın ölümünə səbəb oldu və hazırda digər bölgələrdə də olduğu bildirilir. Cenevrədən gələn xəbərlər Barselonadakı Mobile World Konqresinin və Kaliforniyadakı Facebook yaradıcıları konfransının ləğvindən sonra oldu. Aprel ayında Çin Qran Prisi yarışı da təxirə salındı, baxmayaraq ki, Formula 1-in sahibi Çeyz Keri keçirdiyi mətbuat konfransında 22 martda tarixində Bəhreyndə və 5 aprel tarixində isə Vyetnamda yarışın davam edəcəyini söyləyib.
Natiq Nazimoğlu
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










