Çində "ağıllı" elektrik avtomobilləri istehsal olunacaq
Avtodünya
11 Yanvar 2021 20:06

Çinin “Baidu” və “Geely” şirkətləri birgə “ağıllı” elektrik avtomobillər istehsal edəcək şirkət yaratmaq barədə razılığa gəliblər.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, “Geely” avtomobil istehsalını həyata keçirəcək, “Baidu” isə proqram təminatı və texnologiyaları hazırlayacaq.
“Baidu”nun açıqlamasına görə, yeni şirkət daha çox sərnişin nəqliyyat vasitələrinin istehsalına üstünlük verəcək.
“Baidu”nun rəhbəri Robin Li (Li Yanhonq) dünyanın ən böyük elektrokar bazarı olan Çində daha ağıllı məhsullara yaranan tələbatı qarşılamaq üçün bu irimiqyaslı layihəyə başladıqlarını bildirib.
Qeyd edək ki, Çində ən böyük axtarış sisteminə malik olan “Baidu”nun pilotsuz avtomobil idarəetməsi texnologiyası da var.
Qeyd edək ki, ötən gün “Hyundai” ilə “Apple” arasında da bu ilin mart ayında müştərək elektrik avtomobil istehsalına dair müqavilə imzalamaq niyyəti açıqlanıb.
Oxunub : 1260
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 17:46
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
16 Oktyabr 2026 17:24
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
16 Oktyabr 2026 09:53
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
15 Oktyabr 2026 07:00
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
12 Oktyabr 2026 15:48
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
9 Oktyabr 2026 17:16
“Porsche”nin satışında onillik minimum
8 Oktyabr 2026 23:18
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
8 Oktyabr 2026 20:30
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
7 Oktyabr 2026 15:48
Çinin qlobal avtomobil bazarında payı azalır
6 Oktyabr 2026 16:41
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
5 Oktyabr 2026 14:18
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
5 Oktyabr 2026 13:18
Almanları birləşdirən avtomobil - FOTOLAR
ŞƏRH YAZ












