Çində sürücüsüz avtomobil istehsalı başladı

Çinin şərqindəki Şandun əyalətində yerləşən avtomobil istehsalı bazası rəsmi olaraq kommersiya məqsədli istifadə üçün nəzərdə tutulan, 5G texnologiyalarından istifadə edilməklə alternativ enerji mənbələri ilə işləyən sürücüsüz avtomobillərin buraxılışına başlayıb.
Avtosfer.az “Sinhua” agentliyinə istinadən xəbər verir ki, ekoloji cəhətdən təmiz enerji mənbəyinə malik ilk “ağıllı” avtomobil dekabrın 12-də Şandun əyalətinin inzibati mərkəzi olan Tszinan şəhərinin Layu rayonundakı istehsal xəttində konveyerdən çıxıb.
Avtomobil logistika xidmətində istifadə olunacaq.
“Allcheer Intelligent Automobile” şirkətinin maliyyəsi ilə “China Construction Electric Power Construction Co., Ltd” tərəfindən inşa edilən ilk istehsal xətti ildə 100 min “ağıllı” avtomobil istehsal edəcək.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












