Digər marka rəmzləri altında "Lada" avtomobillərinin “klon”ları - FOTO

Avtodünya 10 May 2020 20:45 Oxunub 5246
Digər marka rəmzləri altında "Lada" avtomobillərinin “klon”ları - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
LADA 2110 və Boqdan 2110 və başqaları

I hissə

AvtoVAZ, öz mühəndisliyi ilə öyünə bilən azsaylı avtomobil istehsalçılarından biridir. Bu, yalnız nəinki özlərinin yaratmasına və yığmasına imkan verdi, həm də tornavida yığma lisenziyasını digər avtomobil markalarına satmağa imkan verdi. Yazımda sizə LADA markalarının hansı rəmzlər altında yığıldığını söyləyəcəyəm.

LADA 2110 və Boqdan 2110

2007-ci ildə AvtoVAZ, onluğun platformasında LADA Prioranın kütləvi istehsalına başlaması səbəbindən LADA 2110-un istehsalını dayandırdı.

Ukraynanın əsas avtomobil istehsalçılarından biri olan "Boqdan", 2110-u yığmağa davam etməyi qərarına gəldi, ancaq öz markası altında və yanılmadı. 2010-cu ildən etibarən Boqdan-2110, Boqdan-2111 və Boqdan-2312 pikap versiyasını yığmağa başladı. Ukrayna avtomobilləri daha yaxşı təchiz edildi, məsələn, sərinləşdirici (kondisioner) və musiqi yarandı.

Priora-nın baha olması Boqdanın Rusiyaya tədarükləri də daxil olmaqla ixracata getməsinə imkan verdi. Ancaq siyasət hər şeyi korlayır, çünki Krım məsələsinə görə Ukrayna ilə yaranmış münaqişə səbəbindən 2014-cü ildə Ukraynada 2110-un yığımı dərhal dayandırıldı. Sonra Boqdan iflas vəziyyətinə düşdü, lakin hərbi texnika üçün hökumət sifarişləri korporasiyanı xilas etdi. 2110 nəhayət tarixə düşdü və Boqdan hərbi texnikaya yönləndi.

LADA Niva və Chevrolet Niva

Bəlkə də LADA-nın əfsanəvi Niva adını necə itirməsi ilə bağlı ən kədərli hekayədir. Hələ Sovet dönəmində, AvtoVAZ Nivannın yenilənməsini hazırlamağa başlamışdı, lakin yenidənqurma və 90-cı illər, 1998-ci ildə təqdimatı təxirə saldı. Həmin vaxt LADA 2123 indeksi olan Yeni Niva təqdim edildi.

Təqdimatdan sonra avtomobil 2002-ci ilədək kiçik seriyalarda yığılmışdı, lakin heç vaxt kütləvi istehsala getmədi, bəlkə də ölkədəki iqtisadi problemlər üzündən. Elə həmin vaxt ABŞ ilə dostluq münasibətləri böyüdü, buna görə AvtoVAZ, GM ilə qəribə bir müqavilə bağladı – GM-AVTOVAZ ilə ortaq bir zavodun qurulması, harada ki, LADA 2123-ün Chevrolet rəmzi və Niva adı altında buraxılışı başlayacaq, AvtoVAZ isə Niva adını istifadə etmək hüququnu itirdi, buna görə də əfsanəvi klassik VAZ "Niva" – LADA 4x4 adlandırıldı.

GM Rusiya bazarını təxminən 5 il əvvəl tərk etdi. 2019-cu ilin sonunda hər şeyi "Niva"dan sıxaraq, "Niva"nı yenidən AvtoVAZ-a satmağı qərara aldılar. Niva ailəyə qayıtdı və çox keçmədən bazarda bir rəmz altında bir Niva olacaq.

(ardı olacaq)

 

Natiq Nazimoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh