Digər marka rəmzləri altında LADA avtomobillərinin “klon”ları - FOTO

Avtodünya 15 May 2020 09:39 Oxunub 4818
Digər marka rəmzləri altında LADA avtomobillərinin “klon”ları - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uzun tarix boyu AvtoVAZ məşhur avtomobilləri dəfələrlə surətini istehsal edib

II hissə

 

LADA Granta / Datsun On – do / Datsun Mi – do

2013-cü ildə Nissan, əfsanəvi yapon markası olan Datsun-u canlandırmaq qərarına gəldi. Əsas fikir bütün büdcə avtomobillərinin Nissan-ın imicini korlamaması idi, buna görə də onları xüsusi bir markaya ayırdılar. Rusiyada, Kalina / Granta platformasını əsas götürməyə qərar verdilər. Nəticə LADA Granta sedanına əsaslanan Datsun On-do yarandı.

Datsun Mi-do üçün ikinci gövdə, təəccüblü olsa da universal deyil, LADA Kalina əsaslı hetçbekdən götürüldü. Çox güman ki, daha gənc auditoriyanı nəzərə aldılar.

Rusiyada Datsun satışları getmədi, buna görə də LADA Granta-nı pisləməyə başladı, Datsun-ların isə tamamilə yapon keyfiyyəti və rus qardaşından fərqli olaraq yapon avtomatından fərqlənən avtomobillər olduğunu söylədi. Ancaq əslində avtomobillər eyni konveyerdə keyfiyyətə vahid bir yanaşma ilə yığılır, avtomat da Granta ilə eynidir, hansı ki, Rusiyada Datsun markasının ortaya çıxmasından çox əvvəl LADA-ya qoymağa başlamışdılar. Deyəsən indi insanlar bunların eyni avtomobillər olduğunu başa düşüblər, buna görə də Datsun, Granta-ya nisbətən demək olar ki, satılmır.

VAZ 1111 / KAMA 1111 / SEAZ 1111

Növbəti avtomobil OKA-dır. Əlbəttə ki, lisenziyalı yığımdan söhbət getmirdi, çünki A-sinifli yerli avtomobili dərhal üç zavod (AvtoVAZ, ZMA, SEAZ) hazırlamışdı, lakin hər biri öz rəmzini təyin etdi və avtomobili fərqli adlandırmışdılar. 80-ci illərdə AvtoVAZ, məşhur "OKA" adı altında, soyuducu (radiator) barmaqlığında LADA (gəmi) rəmzini yerləşdirərək kütləvi dəstini istehsal etdi.

Buna paralel olaraq, KAMAZ öz Oka istehsalını başladı, lakin KAMA adı ilə. Avtomobillər tam eyni idi, yalnız radiator barmaqlığındakı rəmzlərdə fərqlənirdilər. Düzdür, sonradan OKA adını qaytardılar, amma VAZ rəmzini heç vaxt qomadılar.

Bir az sonra Serpuxov Avtomobil Zavodu da yığıma qoşuldu. Bir versiyaya görə, Oka yaratmaq ideyasının sahibi o idi, ancaq zavod əvvəlcədən mühərrikli araba istehsalına yönəldilmişdir, mühərrikləri də elə yalnız AvtoVAZ istehsal edə bilərdi. Buna görə, yaradıcıya məxsus bütün "gözəlliklər" VAZ-a verildi.

VAZ standartlarına görə avtomobil bazarda uzun müddət qalmadı və ehtimal ki, bu qədər aşağı təhlükəsizlik səviyyəsinə görə. Əvvəlcə AvtoVAZ, 1995-ci ildə yığımı iqtisadi cəhətdən səmərəsiz hesab edərək dayandırdı. Maraqlı bir həqiqət budur ki, 1998-ci ildə maddi böhran zamanı Oka dünyanın ən ucuz avtomobili oldu. Bəlkə də aşağı qazanc və özbək Matiz-inin bazara çıxması, Sollers-i 2006-cı ildə ZMA (KAMAZ-ın minik bölməsi) istehsalını satın alaraq Oka istehsalını dərhal dayandırdı. Yığım yalnız Serpuxovda qaldı, ancaq AvtoVAZ, Oka üçün mühərriklərin istehsalını dayandırdı. Serpuxovda çinli bir analoq tapdılar, sonuncu avtomobillərin xarici görkəmi təxminən belə görünməyə başladı:

Lakin SeAZ da uzun sürmədi. 2008-ci ilin noyabr ayında SeAZ, səmərəsiz olması səbəbindən "Oka" istehsalını dayandırdı. İlin sonunadək kommersiya nəqliyyat vasitələrinin qalıqları satıldı, 2009-cu ilin mart ayından etibarən isə SeAZ qorunma (konservasiya) vəziyyətindədir və artıq avadanlığı satdı. Bununla da Oka-nın keçməkeçli hekayəsinə son qoyuldu.

Uzun tarix boyu AvtoVAZ məşhur avtomobilləri dəfələrlə surətini istehsal edib.

 

Natiq Nazimoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh