Reklam

Dünyanın 10 ən qeyri-adi avtomobili - FOTO

Avtodünya 23 İyul 2015 13:52 Oxunub 15752
Dünyanın 10 ən qeyri-adi avtomobili  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların əksəriyyəti – sadəcə maraqlı tyuninqdir və ya əl işidir

Dünyana bir çox maraqlı avtomobil mövcuddur. Onların əksəriyyəti – sadəcə maraqlı tyuninqdir və əksər hallarda əl işidir. Yalnız az bir miqdarı kiçik emalatxana və mini-zavodlarda istehsal oluna bilər. Avtosfer.az orctv-yə istinadən xəbər verir ki, bu cür unikal maşınları düzəld ənlərin motivləri çoxsaylı deyil – onlar sadəcə arzularını belə üsulla həyata keçirməklə ya hansısa bir malını reklam etmək, ya da Qinnesin Rekordlar kitabına düşmək istəyirlər.

Sizin üçün bu çoxsaylı avtomobillərdən yalnız ən maraqlılarını seçmişik və xüsusən də ona fikir vermişik ki, maşın tək maraqlı rəngarəng dəmir-dümür yox, həm də özünün ilkin və əsas funksiyasına uyğun olaraq əsl nəqliyyat vasitəsi olsun. Buyurub tanış ola bilərsiniz.

1. Ən alçaq avtomobil


Dünyanın ən alçaq avtomobilini ingilis Perri Uotkins yaradıb. Hündürlüyü cəmi 48 sm-dir. Qeyri-adi nəqliyyat vasitəsi “Flatmobile” adlanır. Dünyanın ən alçaq avtomobili rekordu məhz bu maşına məxsusdur. Maşını 2006-cı ildə yığmağa başladılar, 2008-ci ildə isə o artıq hazır idi. 875 kublu mühərriki və qaz turbini olan avtomobil saatda maksimum 160 km sürətlə hərəkət edə bilər. Maşın Britaniyadakı 3 dekabr 2012-ci ildə keçirilmiş hərracda 16 min dollara satılıb. Maşının gündüz yollarla hərəkəti yasaqlanmasa da, faralarının çox aşağı səviyyədə yerləşdiyindən gecə vaxtı istifadəsi qadağan edilib.

2. Ən kiçik avtomobil


 

“Peel P50” avtomobili dünyanın seriyalarla buraxılan və yollarda hərəkəti leqallaşdırılan ən balaca avtomobilidir. Uzunluğu 134 sm, hündürlüyü 117 sm, eni 99 sm-dir! Çəkisi cəmi 59 kilodur. Mühərriki 49 kub olan maşın saatda 64 km sürətlə hərəkət edə bilir. Maşın arxaya hərəkət edə bilmir. Bu mikroavtomobilin tutumu – 1 nəfər və 1 kiçik çantadır. “Peel P50”-nin üç təkəri, bir qapısı (sol tərəfdən), bir şüşəsiləni və bir qabaq farası var. 1963-1964-cü illərdə 50 belə mikromobil istehsal edilib satılmışdır. İndiyə onlardan yalnız 20-si qalıb. Maraqlıdır ki, ilkin qiyməti 325 dollara olan bu maşın “piyadadan da ucuz” şüarı ilə satılıb. İndi isə onu raritet kimi 60-80 min dollardan ucuz almaq mümkün deyil. Maşında hərəkət etmək artıq mümkün olmasa da, Londonun “Ripli” muzeyində onu seyr etmək olar.

3. Ən hündür avtomobil


 

Bu avtomobil əfsanəvi “Jeep Willys WW2” markalı Amerika avtomobilinin surətidir. Hündürlüyü 6 metr olan bu maşın çoxdandır ki qiqantomaniya “xəstəsi” olan ərəb şeyxi Həməd bin Həmdən Əl-Nəhyanın sıfarişi ilə düzəldilib. Bu maşın yeganə və dünyada mövcud olan “Jeep”-lərdən ən hündürüdür.

4. Ən uzun avtomobil



36 sərnişin tutumlu limuzin Kaliforniyada ərəb şeyxinin sifarişi ilə düzəldilib. İlkin olaraq onun uzunluğu 20,27 metr olub, ancaq Kaliforniyanın yol polisi uzunluğu qanunun icazə verdiyi normadan cəmi 46 sm uzun olduğundan maşının yollarda hərəkət etməsini qadağan edib. Qanunun tələb etdiyi dəyişikliklər tətbiq olundu – qabaq və arxa bamperlər və kuzov kiçildildi.

Hal-hazırda 19,8 metrlik, 6350 kiloluq, zirehli monstr 4,6-litrik mühərriki ilə şəhərdə 30 kilometrə 10 litr və şossedə 100 kilometrə 10 litr işlədir – hərəsi 80 litr həcmli iki benzin bakları ilə. Qiyməti 1,8 mln dollara olan bu limuzini həftəsinə cəmi 10 min dollar verməklə icarəyə də götürmək mümkündür.

5. Gələcəyin avtomobili



“General Motors” üçün konseptual avtomobillər, eləcə də müxtəlif fantastik filmlərin çəkilişi üçün futuristik nəqliyyat vasitələri işləyib hazırlayan “TransFX” şirkəti “Universal Studio” üçün “Fastlane” adlanan cəmi 4 belə avtomobil istehsal edib. Korpusun əsası kimi “Pontiac GM Fiero” markalı avtomobil götürülüb. Bir neçə avtomobilin birləşməsi olan bu texnika

möcüzəsinin yollarla hərəkət etməyə də icazəsi var. Gələcəyin avtomobili “eBay” vasitəsilə 65 min dollara satılıb və Kaliforniya parkinqlərindən birində görünüb.

6. Avtomobil-ayaqqabı



Elektromobil-ayaqqabı “Kang Shoe” Çin ayaqqabı fabrikinin istehsalıdır. Ayaqqabı texnologiyaları ilə adi dəridən hazırlanmış bu maşın fabrika mallarının reklam edilməsi məqsədi daşıyır. Qabarit və faraların olmadığından yollarla hərəkət etməyi yasaqlanıb. Uzunluğu – 3, eni isə 1 metrdir. Bir şarjda avtomobil 35km/saat sürəti ilə 400 km hərəkət edir. Maşın yarım ilə düzəlib, hazırlanmasına 6 451 dollar xərclənib. Ayaqqabı şirkəti bundan sonra 40 belə avtomobil düzəltmək və Çində özünün bütün mağazalarını bu nəqliyyat vasitəsi ilə təmin etmək niyyətindədir. Ancaq ayaqqabı formasında elə avtomobillər var ki, onların yolla tam qanunauyğun şəkildə hərəkətinə icazə verilib. Fotoda müxtəlif ölkələrdə hərəkət edən belə avtomobillərdən bir neçəsidir.

7. Avtomobil – hot-doq



"Wienermobile" – kiçik seriyalarla buraxılan və bulka üstündə hot-doq formasında olan avtomobillər məhz belə adlnanır. ABŞ-da ət və dondurulmuş ərzaq mallarının ən iri istehsalçısı olan “'Oscar Mayer'” şirkətinin reklam edilməsi məqsədi ilə bu “hot-doqlar” istifadə olunur. Avtomobilin ilk versiyası Oskar Mayerin qardaşı oğlu Karl Mayer tərəfindən 1936-cı ildə yaradılıb və maşının müxtəlif variantları indiyə kimi adıçəkilən şirkətin istifadəsindədir. 77 ilə avtomobil orijinal maşından adi nəqliyyat vasitəsinə çevrilib.Avtomobilin şassisi üçün “Dodge”, “Jeep Willys”, “Chevrolet Motor” və “Ford Thunderbird” markalı maşınların şassilərindən istifadə olunub. 1995-ci ildə modellərdən birinin uzunluğu 3,35 m, hündürlüyü isə 8,23 metrə çatdırılıb.

8. Avtomobil – pivə bankası



Bu maşın “The Pop Top Can Car” adlanır, tərcüməsi isə “Ən məşhur avtomobil-kanistr” deməkdir. Belə avtomobillərdən 1000-i buraxılıb. Maşının qabaq hissəsində yerləşən və həqiqətən də yalnız pivə üçün nəzərdə tutulan kanistrin həcmi 55 litrdir. Pivəni parça süzməküçün kapotunda balaca kranı da var. Bu avtomobillər 1980-cı illərdə Floridada “Folksvaqen” mexanikası əsasında pivə istehsalçısı olan şirkətlərin reklamı üçün buraxılmağa başlasada, 1984-cü ildə bu iş bitib: içkili vəziyyətdə maşının idarə edilməsinə qarşı başlayan genişmiqyaslı kampaniya çərçivəsində mühərrikli “pivə bankalarının” istehsalı qadağan edilib. Hal-hazırda belə avtomobili 7500 dollara almaq mümkündür. Bu tipli maşınlar hələ ötən əsrin 20-ci illərində hazırlanırmış və çəkisi 2,3 tonn imiş.

9. Avtomobil – “Qızıl Balıq”



Hündürlüyü 4 m, uzunluğu 7 m, güzgüsündən güzgüsünə təbəssümü və 2,5 metrlik eynəkləri olan “Qızıl Balıq” yük maşını ABŞ-ın Konnektikut ştatında yerləşən “Pepperidge Farm, Inc” şirkətinin sifarişi ilə düzəldilib. Şirkətin balığa heç bir aidiyyatı yoxdur, o sadəcə uşaqlar üçün balıq və digər formalarda “Goldfish” markalı krekerlər (peçenye) istehsal edir. 2002-ci ildə reklam xarakterli “Təbəssüm Turu” çərçivəsində avtomobil 10 min km hərəkət edərək ABŞ-ın ayrı-ayrı şəhərlərində şirkətin keçirdiyi festival, yarmarka, oyunlar və digər reklam aksiyalarında iştirak edib.

10. Avtomobil – “Portağal”



Bu kifayət qədər maraqlı avtomobil 1972-ci ildə Brayan Veyt tərəfindən işlənib hazırlanıb. “Outspan Orange” adlı bu avtomovil İngiltərə və digər Avropa ölkələrini gəzib dolanaraq portağal şirəsini reklam edib. Bu mini-avtomobilin sürəti saatda 48 kilometrə çatır. Daha böyük sürətdə maşın aşa bilər. Hal-hazırda bu maşınlar brend-mobillər sırasında klassika sayılır və bir neçə ölkələrin avtomuzeylərində sərgilənir. 1972-1974-cü illərdə cəmi 6 belə avtomobil istehsal olunub. Onlardan biri hal-hazıda Cənubi Afrika Respublikasındadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh