Dünyanın ilk daxili yanma mühərrikli avtomobili
Rich Rebuilds adlı YouTube kanalı Tesla Model S-ə V8 mühərrikini əlavə edəcəklərini açıqlayıb.
TED.az xəbər verir ki, layihə düzgün şəkildə tamamlansa, kanal dünyanın ilk daxili yanma mühərrikli Tesla avtomobilini hazırlamış olacaq.
Avtomobilə başqa mühərrik növünün əlavə edilməsi məntiqi baxımdan asan görünsə də, əslində son dərəcə çətindir. Sözügedən vasitə tamamilə elektrikli olmaq üçün dizayn edilibsə, vəziyyət daha mürəkkəbdir.
Məsələn, Tesla Model S-də şaft tuneli olmadığı üçün, Rich Rebuilds avtomobilin içərisində bunu sıfırdan qurmalıdır. Bundan əlavə, Tesla Model S-dəki batareyalar avtomobilin altında yerləşdiyi üçün Rich Rebuilds avtomobilin şassisini gücləndirməlidir.
Rich Rebuilds planlarını həyata keçirmək üçün 3 ədəd Tesla Model S-i satın alıb. Avtomobildə istifadə ediləcək 6.2 litrlik V8 mühərriki isə 2010 Chevrolet Camaro-dan çıxarılıb.
Qeyd edək ki, YouTube-da yerləşdirilən videoda layihənin yalnız başlanğıcı göstərilib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












