Elektromobillər üzrə çempionat 2022-ci ildə keçiriləcək

Avtomobil idmanı üzrə yeni "Supercharge" çempionatının 2022-ci ildə keçirilməsi nəzərdə tutulur. Bu barədə "Avtodream" avtomobil portalının məlumatında deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, yarışlarda 670 at gücündə tam elektrik yolsuzluq avtomobilləri iştirak edəcək. Yarışlar şəhər rayonlarının müxtəlif maneəli qısa yollarında keçiriləcək.
Məlumata görə, yeni yarış növü "Porsche Motorsport" komandasının keçmiş direktoru və "Sauber Formula-1" komandasının hazırkı direktoru Maks Velti tərəfindən kəşf edilib.
Bir gündə 15 yürüş planlaşdırılır. Səkkiz iştirakçı komandanın hər biri trasa iki yarışçı buraxa biləcək.
Bildirilir ki, komandalara "Volkswagen Motorsport" tərəfindən hazırlanan "SC01" adlı şassi təqdim ediləcək. Şassi əsasında komandalar yolsuzluq avtomobilləri yığa biləcəklər. Belə avtomobil tam ötürücünü təmin edən və 2,5 saniyəyə avtomobili yerindən 100 km/saatadək sürətləndirən iki elektromotorla təchiz ediləcək.
"Supercharge" çempionatının trasları ralli kross üçün trasları xatırladacaq. Onların hər birinin uzunluğu 1 kilometrə yaxın olacaq.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












